Çoxmərtəbəli binadakı yanğında iki nəfər zəhərləndi

10:54 04-10-2019 | icon 459 | Gündəm
Çoxmərtəbəli binadakı yanğında iki nəfər zəhərləndi

Ötən gün axşam saatlarında Bakıda yaşayış binasında baş verən yanğında iki nəfər zəhərlənərək xəstəxanaya çatdırılıb.

 

Versus.Az xəbər verir ki, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində qeydə alınan yanğın zamanı iki nəfər bina sakini, 1974-cü il təvəllüdlü İmanova Rühəngiz Kərəm qızı və 2004-cü il təvəllüdlü Umudova Hüsniyyə Azər qızı zəhərlənərək 1 saylı Kliniki Mərkəzin toksikologiya şöbəsinə yerləşdiriliblər.

 

Şöbədən verilən məlumata görə, hər iki şəxsə dəm qazından yüngül zəhərlənmə diaqnozu qoyulub. Bildirilib ki, xəstələrin səhhətində ciddi problem olmadığından onlar ambulator müalicəyə yola salınıblar.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirlyinin yaydğı məlumata görə, Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxinin lambirindən ibarət tavanı 12 m² sahədə əriyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür