Qida təhlükəsizliyi ilə bağlı normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha bir addım

11:05 04-10-2019 | icon 411 | İqtisadiyyat
Qida təhlükəsizliyi ilə bağlı normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha bir addım

Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir. Bu məqsədlə yaradılan Kodeks Alimentarius Milli Komissiyasının Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ilk iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov komissiyanın yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri, qarşıda duran məsələlər, görüləcək işlərlə bağlı məlumat verib. Bildirilib ki, qarşıya qoyulan məqsəd bu sahədə mövcud olan sanitariya norma və qaydaları müvafiq beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

Elxan Mikayılov onu da vurğulayıb ki, komissiyanın qarşısına qoyulan vəzifələr reallaşdırıldıqca istehsalçıların işi asanlaşacaq, istehlakçıların maraqları təmin olunacaq. Ən əsası Azərbaycanda istehsal olunan məhsulların ixrac potensialı artacaq.

 

Sonra Agentliyin əməkdaşı Fərid Əmirov komissiya barədə təqdimatla çıxış edib. İclasda “Ümumi gigiyena tələbləri” və “Mikrobioloji kriteriyalar”a dair sanitariya norma və qaydalarının layihələri komissiya üzvlərinə təqdim edilib, komitələrdə baxılması məqsədəuyğun hesab olunub.

 

Qeyd edək ki, Kodeks Alimentarius Komissiyası qida məhsulları standartının işlənib hazırlanması məqsədilə 1963-cü ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yaradılıb. Ölkəmiz 2011-ci ildən komissiyanın üzvüdür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”