ƏƏSMN-dən ictimai açıqlığın təmin edilməsi istiqamətində daha bir addım

11:10 04-10-2019 | icon 670 | İqtisadiyyat
ƏƏSMN-dən ictimai açıqlığın təmin edilməsi istiqamətində daha bir addım

“İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://sosial.gov.az/list-of-persons-involved-in-social-work) yerləşdirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən proqram və cəlb edilən əməkdaşlarla bağlı bütün məlumatlara çıxış imkanları genişləndirilib.

 

Versus.Az xəbər verir ki, artıq hər kəs sayta daxil olaraq proqram çərçivəsində ictimai işlərlə təmin olunan şəxslərin adlı siyahısı ilə tanış ola bilər. Bu addım proqramın icrası zamanı ictimai açıqlıq prinsipinin təmin olunması üçün atılıb.

 

Məlumat üçün bildirək ki, “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s. daxildir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı