"Vəkillik fəaliyyətinin önündə hər bir ölkədə çoxsaylı problemlər var"

13:05 04-10-2019 | icon 271 | Siyasət
"Vəkillik fəaliyyətinin önündə hər bir ölkədə çoxsaylı problemlər var"

Vəkillik fəaliyyətinin önündə hər bir ölkədə çoxsaylı problemlər var. Bizim vəzifəmiz bu problemləri həll etməkdir.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda Türkiyə Barolar Assosiasiyasının sədri Mətin Feyzioğlu bildirib.

 

M.Feyzioğlu deyib ki, bu gün Azərbaycanda vəkillik institutunun yaranmasının 100 illiyi qeyd edilir:

“Bu gün sizi burada Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın nəvələri kimi salamlayırıq. Vəkilliklə bağlı təhsil məsələsi də aktualdır. Biz vəkillər davamlı olaraq müstəqillik uğrunda mübarizə aparırıq. Ədalətli mühakimə üçün davamlı mübarizə aparırıq. Digər tərəfdən, süni intellektin 15-20 ildən sonra vəkillik peşəsinə necə təsir edəcəyini də bilmirik. Buna görə də texnologiyanı da öyrənməliyik".

 

Assosiasiya sədri qeyd edib ki, Anar Bağırovun sədrliyi dövründə Azərbaycan Vəkillər Kollegiyası böyük inkişaf yolu keçib:

“Azərbaycan güclü olması Türkiyənin, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdir. Güclü dövlət olmaq güclü məhkəmə və güclü vəkillik institutu deməkdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı