Revmatoid artritli xəstələrdə fizioterapiya və reabilitasiyanın TƏSİRİ

18:03 13-07-2023 | icon 892 | Sağlamlıq
Revmatoid artritli xəstələrdə fizioterapiya və reabilitasiyanın TƏSİRİ

Nərminə Abbasova: “Müalicəsiz buraxılmış bu xəstəlik insanı əlil edə bilər”

 

“Revmatoid artrit ən çox yayılmış, naməlum etiologiyalı birləşdirici toxumanın sistem xəstəliyidir. Xəstəlik özünü periferik oynaqların simmetrik xroniki eroziv artriti və daxili orqanların zədələnməsi ilə göstərir. Xəstəliyin mahiyyətinin əsasında oynaq eroziyasına toxumasının immun əsasda inkişaf etmiş iltihabi proseslə zədələnməsi durur. Bu da sümüklərin oynaq səthinin, deformasiyasına və ankilozun formalaşmasına gətirib çıxarır”.

 

Mövzudan da bəlli olduğu kimi, gündəmimizdə revmatoid atrit xəstəliyidir. Ailə həkimimiz, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi, həkim-terapevt Nərminə Abbasova oxucularımızı bu xəstəliklə bağlı məlumtlandırıb. Həkim bildirib ki, revmatoid artrit autoimmun xəstəlikdir. Onun sözlərinə görə, normada insanın immun sistemi orqanizmə düşən yad ziyanlı hüceyrələri məhv etməlidir:

 

 

“Autoimmun xəstəliklər zamanı insanın immun sistemində pozulma yaranır ki, nəticədə immun hüceyrələri orqanizmin öz sağlam hüceyrələrinə hücum edir və onları məhv etməyə çalışır. Belə ki, revmatoid artrit zamanı limfositlər oynaq toxumasının hüceyrələrinə hücum edir.

Artrit müxtəlif yaşlarda inkişaf edə bilər. Lakin əsasən 40 yaşından sonra inkişaf edir. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik daha tez-tez inkişaf edir. Xəstəlik bir çox hallarda keçirilmiş qrip, tonzillit (angina), kəskin respirator infeksiyalardan sonra inkişaf edir. Bəzən travma və güclü soyuqlama da xəstəliyin inkişafına səbəb ola bilər. Bu xəstəliyin inkişaf səbəbləri sona kimi araşdırılmayıb. Belə hesab olunur ki, xəstəliyin inkişafında irsiyyət müəyyən rol oynayır. Müşahidələr göstərir ki, revmatoid artrit davamlı yaşanan güclü stress, emosional sarsıntılardan sonra inkişaf etməyə başlayır. Revmatoid artritin etiologiyasında əksər autoimmun xəstəliklər kimi üş əsas faktoru qeyd etmək olar, hansı ki, buna revmatoid triadası da deyilir”.

 

 

Terapevt bildirdi ki, xəstəliyin əvvəlində barmaq və bilək oynaqları iltihablaşır və şişir. İltihab hər iki əldə inkişaf edir. Ödemləşmiş oynaqlar güclü ağrılara səbəb olur. Ağrılar əsasən gecənin ikinci yarısında və səhərə yaxın güclənir, günortadan sonra azalır, axşama yaxın isə az hiss olunur. Xəstəliyin əvvəlində ağrılar aktiv hərəkətlərdən sonra azalır:

 

“Eyni zamanda pəncələrin kiçik oynaqları zədələnir. Daha iri oynaqlar - çiyin, diz, dirsək, baldır-pəncə oynaqları daha gec iltihablaşır. Güclü ağrılardan əlavə xəstə zədələnmiş oynaqda hərəkətliliyin pozulmasını, oynağın sanki “donmasını” hiss edir. Bu hiss xəstə səhər yuxudan durandan 1-2 saat sonra keçir. Hərəkət zamanı ağrılar artır, bir müddət məcburi hərəkətlərdən sonra ağrılar nisbətən azalır. Revmatoid artritdə oynaq sindromu monotonluğu, davamlılığı, müalicədən sonra qalıq əlamətlərinin uzun müddət qalması ilə fərqlənir. Xəstələrdə dirsəklərin yanında, bəzən əllərdə, pəncələrdə kiçik dərialtı düyünlər əmələ gəlir. Bu da xəstəliyin xarakterli simptomudur.

 

 

Sadaladığım simptomlardan əlavə xəstədə zəiflik, iştahanın və yuxunun pozulması, hərarətin 38°C kimi qalxması, bəzən arıqlama kimi simptomlar inkişaf edir.

Artrit inkişaf etdikcə, barmaqlar və əllər deformasiya olunur, bilək oynağının hərəkətliliyi kəskin azalır, əllərin qan dövranı pozulur ki, bunun nəticəsində dəri nazik, quru olur, əzələlər fəaliyyətdən qalır. Vaxt keçdikcə artrit yeni oynaqları və həmçinin daxili orqanları, məsələn ürək, ağciyər, qaraciyər, böyrəklər, damarlar, bağırsaqları, əzələləri zədələyir. Daxili orqanlar prosesse cəlb olunarsa, oynaqlardakı problemlərlə yanaşı ürək-damar sistemi, tənəffüs sistemi, dəri, sinir sistemi, göz, böyrək,qan xəstəliklər də meydana çıxa bilər”.

 

Revmatoid artritin çox təhlükəli xəstəlik olduğunu vurğulayan Nərminə xanımın sözlərinə görə, müalicəsiz buraxılmış bu xəstəlik insanı əlil edə bilər. Terapevt deyir ki, məhz bu səbəbdən xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır:

 

“Revmatoid artriti olan, habelə revmatoid artritin olduğu şübhə edilən xəstələrin müalicəsində bu sahədə bilik və təcrübəyə malik olan ixtisaslaşmış mütəxəssislərin, xüsusilə də, revmatoloqun iştirakı əhəmiyyətlidir.

Müxtəlif kliniki mərhələlərdə olan Revmatoid artritin kompleks müalicəsində iltihab əleyhinə və revmatoid əleyhinə dərman preparatları ilə yanaşı bir sıra qeyri-farmakoloji tədbirlər və digər tibbi müdaxilələrin tətbiqi də xüsusi əhəmiyyət kəsb edir. Revmatoid artriti olan xəstələrin xəstəliyin özü barədə maarifləndirilməsinə xüsusi önəm verilməlidir”.

 

Həkim-terapevt fizioterapiyada revmatoid artritin rolundan da bəhs etdi. Bildirdi ki, fizioterapiya və reabilitasiya sahəsinin əsas olaraq maraqlandığı sahələrdən biri də revmatizmal xəstəliklər və müalicələridir:

 

“Revmatoid artrit ən sıx görülən revmatizmal xəstəliklərdəndir. Revmatoid artrit xüsusilə oynaqları zədələdiyi üçün xəstələrin böyük əksəriyyətində çox güclü ağrı olur. İltihabi vəziyyətə bağlı olaraq oynaqlarda qalıcı zədələr meydana gəlir. Bu səbəbdən revmatoid artritli xəstələrdə fizioterapiya və reabilitasiya tətbiqləri oynaq zədələrinin qarşısının alınmasında və ağrıların azaldılmasında təsirlidir. Ayrıca xəstələrin dərman müalicəsinə olan ehtiyaclarının azaldılmasında, müalicənin gətirəcəyi yüklərdən qorunmalarına da yardım edir. Revmatoid Artritli xəstələrə fizio prosedurlar xəstəliyin mərhələsindən asılı olaraq fərqlənir”.

 

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova revmatoid artrit xəstəliyindən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı