Bu xəstəlik iki fəsil təkrarlanır - DİQQƏTLİ OLUN!

22:31 04-10-2019 | icon 375 | Sağlamlıq
Bu xəstəlik iki fəsil təkrarlanır - DİQQƏTLİ OLUN!

LOR-həkiminə müraciət etdikdə xəstələr "sinusit" diaqnozuna tez-tez rast gəlirlər. Sinusit nədir? 

 

Tibbi ədəbiyyata müraciət etdikdə görürük ki, burun və burunətrafı ciblərin iltihabına sinusit deyilir.

 

Versus.Az medicina.az-a istinadən bildirir ki, ümumiyyətlə, kəllənin sümüklərində altı burunətrafı cib vardır: alın sümüklərində iki, sağ və sol (iltihabına frontit deyilir), iki üst çənə, sol və sağ (iltihabına haymorit deyilir), bir xəlbir sümüyündə (iltihabına etmoidit deyilir) və sonuncu əsas sümükdə olan cibdir (iltihabına sfenoidit deyilir). Xəstələrdə rastgəlmə dərəcəsinə görə yerləşdirsək birinci haymorit, sonra frontit, etmoidit və sonda sfenoidit gəlir.

Sinusitin əsas səbəbləri.

 

Ümumiyyətlə, sinusitlər qış aylarının ənənəvi xəstəliklərindəndir və ən çox qripdən sonra ağırlaşmalar zamanı meydana gəlir. Burun, alın, gicgah və göz ətrafındakı içi hava ilə dolu boşluqlar (sinuslar) kanallarla buruna açılır, kanalların içindən isə burun seliyi (mukozası) keçir. Mukozanın ifraz etdiyi selik burunun içinə daxil olaraq tənəffüs yollarının isidilməsi və nəmli qalmasını təmin edir. Nəfəsalma problemi ilə üzləşənlər, burun çəpəri əyriliyi olanlar, burun sümüyü zədəsi alanlar sinusitə daha tez tutulurlar. Soyuqdəymə və allergiyası olanlar da sinusitdən əziyyət çəkirlər.
 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı