Azərbaycan Prezidenti mövqeyini yüksək tribunalarda, Ermənistan baş naziri isə öz ətrafında səsləndirir

12:16 05-10-2019 | icon 408 | Siyasət
Azərbaycan Prezidenti mövqeyini yüksək tribunalarda, Ermənistan baş naziri isə öz ətrafında səsləndirir

Prezident İlham Əliyev oktyabrın 3-də Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağla bağlı bir daha qəti mövqe nümayiş etdirdi və bu mövqe bütün dünyada rezonans doğurdu.

 

Bunu Versus.Az-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov Prezident İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini xatırladaraq qeyd edib ki, Prezidentin bu mövqeyi bir daha göstərdi ki, dövlətimizin başçsı, Ali Baş Komandan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə prinsipial, qətiyyətli mövqeyə malikdir, həm də bu mövqeyini ən yüksək tribunalardan ifadə edir:

 

“Valday dünyanın çox mühüm beyin mərkəzidir. Bu tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, İordaniya kralı, Qazaxstan prezidenti, Fillipinin dövlət başçısı, dünyanın nəhəng siyasi elitasının nümayəndələri, ekspertlər, nüfuzlu jurnalistlər iştirak edirdilər. Amma Ermənistanın baş naziri isə populist, cəfəng və heç bir əsası olmayan absurd bəyanatlarını çox zaman daxili auditoriyaya ünvanlamaq məqsədilə çox kiçik bir çevrədə ifadə edir və bu bəyanatları daha çox öz adamları əhatəsində səsləndirir, bunlar əsasən daxili auditoriyanı sakitləşdirmək üçün səslənən fikirlərdir. Amma onun absurd fikirləri heç bir halda yüksək tribunalardan qəbul edilmir”.

 

Deputat əlavə edib ki, Paşinyanın beynəlxalq hüquqa zidd mövqeyi Valday Beynəlxalq Diskussiya Klubunda da Rusiya rəhbərliyi səviyyəsində təkzib edildi:

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov söylədi ki, Paşinyanın “Dağlıq Qarabağ Ermənistanıdır” mövqeyi vaxtilə Albaniya rəhbərinin “Kosova Albaniyanındır” mövqeyi ilə həmahəng səslənir və qəbuledilməzdir. Bir daha bütün yanaşmalar onu göstərir ki, Azərbaycanın dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq rezonans doğurur, Ermənistanın baş naziri isə özünün getdikcə laxlamaqda olan hakimiyyətini qoruyub saxlamaq üçün daxili auditoriyaya ünvanlanmş cılız bəyanatlar səsləndirir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…