"Prezident "Valday"da beynəlxalq ictimaiyyət qarşısında erməni yalanını ifşa etdi"

12:19 05-10-2019 | icon 433 | Siyasət
"Prezident "Valday"da beynəlxalq ictimaiyyət qarşısında erməni yalanını ifşa etdi"

Prezident İlham Əliyevin oktyabrın 3-də Rusiyanın Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağla bağlı çıxışı həm Ermənistana, həm də onun havadarlarına çox ciddi bir mesaj idi.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

 

G.Baxşəliyeva bildirib ki, Prezident bu çıxışında Dağlıq Qarabağla bağlı qəti mövqeyini, Azərbaycanın bir qarış belə torpağını güzəştə getməyəcəyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı:

 

“Cənab Prezident beynəlxalq ictimaiyyət qarşısında erməni yalanını ifşa etdi və Ermənistan baş nazirinin sərsəm bəyanatlarına çox tutarlı cavab verdi, onun yalanını üzə çıxardı.

Prezident İlham Əliyev öz çıxışında Ermənistan baş nazirinin bir sıra populist, avanturist bəyanatlarına diqqəti cəlb etdi və vurğuladı ki, Paşinyanın Dağlıq Qarabağla bağlı mövqeyi tamamilə yalandır. Dağlıq Qarabağ heç bir zaman Ermənistanın tərkibində olmayıb, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bizim qədim və hüquqi ərazimizdir. Cənab Prezident “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini deməklə bir daha qətiyyətli və sərt mövqeyini ortaya qoydu”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı