Sən niyə xərçəng olacaqsan?

19:45 05-10-2019 | icon 374 | Sağlamlıq
Sən niyə xərçəng olacaqsan?

Türkiyəli həkim Taner Akman müasir dövrdə xərçəng xəstəliyinin çox yayılmasının səbəbləri haqqında geniş araşdırma yazı ilə çıxış edib. 

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, məqalədə xərçəng xəstəliyi riskini artıran, qidalar, həyat tərzi, hər gün istifadə etdiyimiz texniki vasitələrdən söhbət açılır. Məqalənin əsas əhəmiyyəti budur ki, insanların istifadə etdiyi ziyanlı qidaların, əşiyaların təbii əvəzedicilərini də sadalayıb. Yəni insanların təhlükədən qaçmaq üçün kifayət qədər geniş imkanları var. 
 
 
Məqalənin bir hissəsini təqdim edirik: 
 
- Çoxumuz evdə istifadə etdiyimiz sobaları kondisioner və bu cür ziyanlı elektrik qızdırıcıları ilə əvəz etmişik. 
 
- Demək olar ki, hər birimiz mobil telefonlardan istifadə edir, hətta saatlarla qulağımızda saxlayaraq danışırıq. Amma unuduruq ki, bu telefonlar yüksək radioaktiv şüa ilə zəngindir. Hətta onları yatarkən belə yatağımızın baş ucundan ayırmırıq.
 
- Həmçinin internetsiz həyat çoxlarımız üçün kabusa çevrilib. Lakin şüa yaymasına görə heç də mobil telefonlardan geri qalmayan Wi-Fi modem ötürücüsünü evlərimizə qədər gətirmişik. Radioaktiv şüa qəbuledicisi olan kompüterləri isə çəkinmədən dizlərimizin üzərindən yerə qoymuruq.
 
- Neylon materiallı geyimlər, çantalar, sintetik ayaqqabıların istifadəsinə üstünlük veririk. Lakin daha sağlıqlı sayılan pambıq, təmiz lif, kətan kimi materiallardan istifadəni azaltmışıq. 
 
- Yeməklərimizi şüşə və saxsı qablarda bişirmək və saxlamaq əvəzinə, onları polad və tanımadığımız zərərli maddə tərkibli qablarda bişirərək istifadə edirik. Mətbəximizdə insan sağlamlığı üçün zərərli olan plastik, teflon və alüminium kimi materiallardan olan əşyalara üstünlük veririk.
 
- Evimizin təmizliyi zamanı təbii yağ tərkibli sabunlardan istifadə etmək əvəzinə, zərərli sulu ağardıcı məhsulları seçirik. Daha sonra su buxarlanır və biz nəfəs aldıqca fərqində olmadan ciyərlərimizi xərçəng riski ilə qarşı-qarşıya qoyuruq. 
 
- Qablarımızı yuduğumuz yuyucu vasitələri isə həmin qablardan istifadə zamanı daxilə qəbul etdiyimizdən xəbərsizik. Onların əvəzində təbii sirkə və ya natrium karbonatdan (çay sodası) istifadə etmək olar. 
 
- Təmizlik zamanı diqqət etmədiyimiz hallar geyimlərimizin təmizliyi zamanı da baş verir. Yuyucu və yumşaldıcı maddələrin bədən istiliyi ilə dərimiz vasitəsilə daxilimizə keçir və dəri xərçənginin ən böyük səbəbi olur. Yumşaldıcı əvəzinə alma sirkəsindən istifadə edərək mükəmməl nəticə əldə etmək olar.
 
-Tərkibində minlərlə kimyəvi maddələr olan şampun və sabunlar alaraq üzümüzü, saçlarımızı və bədənimizi yuyuruq. Amma evdə Natrium Hidroksit (kaustik soda) və zeytun yağını qarışdıraraq öz sabunumuzu düzəldə biləcəyimizin fərqində deyilik.
 
- Həyatımızı şəkər tozu və şirniyyatsız təsəvvür edə bilmirik . Şəkərsiz çay içmərik. Lakin düyü və çörəyin də tərkibində şəkər olduğunu unuduruq.
 
Tərkibində yüksək dozada fruktoza olan meyvələri də çox yeyirik. Amma içində qlükoza (şəkər) və aspartam (qidalarda geniş istifadə olunan şirin dadlandırıcı) olan qidalar qəbul etmirik. 
 
- Orqanizmə xeyli ziyanlı olan qazlı içkiləri gündəlik istifadə edirik. Onların şəkər və zəhər qarışığı olduğunu çoxumuz bilirik. Bu içkilərin qəbulunda əvvəlcə insulinə müqavimətiniz azladır, daha sonra diabet xəstəliyinə tutuluruq, xeyli çəkidə arıqlayır, ancaq içmədən dayana bilmirik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol