"Traktor" dünya ulduzunu transfer edir

16:57 06-10-2019 | icon 440 | İdman
"Traktor" dünya ulduzunu transfer edir

Təbrizin "Traktor" klubu dünya səviyyəli futbolçu transfer edir.

 

Versus.Az Fanat.az-a istinadən xəbər verir ki, Mustafa Dənizlinin başçılıq etdiyi Cənubi Azərbaycan təmsilçisi Hatem Ben Arfa ilə danışıqlara başlayıb. Bu barədə İtaliyanın "Tutto Mercato Web" saytı məlumat yayıb.

 

Son olaraq "Renn"də çıxış edən və hazırda azad agent olan futbolçuya "Traktor" illik 1,8 milyon avro maaş təklif edib. Klubsuz qalan Ben Arfanın təbrizlilərə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, Ben Arfa peşəkar karyerasına "Lion"da başlayıb. Tunis əsilli futbolçu 2008-ci ildə 12 milyon avroya "Marsel"ə transfer olunub. 2011-ci ildə İngiltərənin "Nyukasl" klubu 6 milyon avro qarşılığında onu heyətinə qatıb. Bir mövsüm "Haall Siti"də icarə əsasında çıxış edən Ben Arfa 2016-cı ildə PSJ-yə transfer olunub. Onun son iş yeri "Renn" olub. 

 

Fransanın bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş 32 yaşlı futbolçu 2007-ci ildən çağırıldığı A millidə 15 oyun keçirərək 2 qol vurub. Ben Arfa "Lion"la 4 dəfə Fransa çempionu, 1 dəfə ölkə kubokunu, 2 dəfə Super Kubokunun qalibi olub. O, "Marsel" və PSJ ilə də hər üç turnirin qızıl medalını qazanıb (hərəsi bir dəfə). "Renn"lə isə bir dəfə Fransa Kubokunun qalibi ola bilib. Ben Afra həmçinin 2004-cü ildə Fransanın U-17 millisi ilə Avropa çempionu olub. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir