Ən yaxşı sevgili kimdir?

19:23 06-10-2019 | icon 387 | Maraqlı
Ən yaxşı sevgili kimdir?

Mütəxəssislərin fikrincə, cütlüklərin intim həyatının keyfiyyəti çox şeydən asılıdır.

 

Versus.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, üç sosioloq - Yuta institutundan Deniel Karlson, İndianapolis Universitetindən Amanda Miller, Kornelsk Universitetindən Şeron Sassler 1992-1994-cü illərdə və 2006-cı ildə iki sorğu üzərində araşdırma aparıblar. Araşdırmada müxtəlif sosial təbəqədən olan 11000 insan iştirak edib.

 

Bütün iştirakçılar möhkəm münasibətlər üçün nəyin daha vacib olması sualını cavablandırıblar.

Münasibətlərin möhkəm olması üçün yaxşı intim, sadiqlik, məişət işlərinin bölünməsi və s. bəndlər göstərilib.

Alimlər belə qərara gəliblər ki, birinci və üçüncü bənd hər iki tərəf üçün aktualdır.

Məişət işlərini bölən cütlüklərin münasibətlərdə daha xoşbəxt olduğu müəyyən edilib.

 

Alimlərin fikrincə, bir insanın gəliri, təhsili və ev işlərini görmək istəyi arasında əlaqə var. Belə ki, orta təhsili və az gəliri olan kişilərə nisbətən, yüksək təhsilli və gəliri olan şəxslər ev işlərində qadınlarına daha çox kömək edirlər.

Eyni zamanda, o da müəyyən edilib ki, qab yumağı və bazarlıq etməyi öz üzərinə götürən kişilər öz qadınları ilə daha az mübahisə edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı