“Paşinyana, Azərbaycan Prezidenti tərəfindən vurulan şillə ”

19:29 06-10-2019 | icon 375 | Siyasət
“Paşinyana, Azərbaycan Prezidenti tərəfindən vurulan şillə ”

 

Ramiyyə Məmmədova: - ” Prezidentin çıxışı Putinə və bütün dünyaya bir daha mesaj verdi ki, biz öz torpaqlarımızdan əl çəkən deyilik””

 

Xəbər verildiyi kimi oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxışı zamanı  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq Ermənistanın işğalının nəticələrinə diqqət yetirib. Prezident BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb və Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə”  -sərsəmləməsinin yalan olduğunu vurğulayaraq, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, “Qarabağ Azərbaycanındır və nida işarəsi” deyərək, bəyan edib.  Ölkə başçısının bu çıxışı ölkə ictimaiyyəti, eləcə də siyasi ekspertlərin prizmasında yüksək qiymətləndirilib.

 

“Ermənistana öz yeini göstərməyin  və münaqişə iə bağlı Azərbaycan tərəfinin  birmənalı mövqeyini nümayiş etdirməyin zamanı idi”

 

Prezidentin Soçidə “Valday” görüşündəki çıxışını şərh edən politoloq Ramil Məmmədli bildirib ki, məlum tədbirlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin belə bir mesaj verməsi gözlənilən idi.  Çünki dünya ölkələrinin liderlərinin, siyasətçilərinin iştirak etdiyi məclisdən Ermənistana öz yeini göstərməyin  və münaqişə ilə bağlı Azərbaycan tərəfinin  birmənalı mövqeyini nümayiş etdirməyin zamanı idi.

“Azərbaycan Prezidenti də ötən gün bu addımı atdı və çox kəskin şəkildə...  Prezident əvvəlcə Qarabağın tarixi Azərbaycan ərazisi olmasını vurğulayaraq, bunun arxasınca Azərbaycanın indiki siyasi mövqeyini açıqladı.  Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı  aparılan danışıqlarda, ümumiyyətlə yaranmış bu gərgin vəziyyətdə  Azərbaycan Prezidentinin mövqeyini nümayiş etdirməsi  həmsədr ölkələrin, həmçinin çıxış zamanı tənqid obyekti olan Birləşmiş Millətlər Təşkilatını hərəkətə gətirəcək və vacib addımların atılmasına səbəb olacaq". 

Politoloq hesab edir ki, Azərbaycan Prezidentinin çıxışında bundan başqa ərazilərin hərb yolu ilə  geri alınması ilə bağlı sətiraltı mənalar mövcud idi və məhz buna görə də, İlham Əliyevin çıxışı zamanı  Rusiya prezidenti Putin diqqətlə, üzünü İlham Əliyevə tutaraq sona qədər izlədi. 

 “Hesab edirəm ki, bu, həm də Putinə yönəlmiş fikirlər idi ki, münaqişənin həlli ilə bağlı ciddi addımlar atılmalıdır, əks halda hərbi əməliyyatların başlanması qaçılmaz hal ala bilər".

Politoloq eyni zamanda qeyd edib ki, Putin bu münaqişənin baş verməsində fərd, şəxs olaraq ittiham obyekti ola bilməz.

“Lakin Putin dövlətin başçısı olaraq münaqişənin Rusiya dövlətinin maraqlarına uyğun həllində maraqlıdır.  Məhz bu məqam Putinin ədalətli mövqe nümayiş etdirməsinə imkan vermir. Yaxşı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqelərinin axsadılmasına yönələn hər hansı qərar verərəsə,  bunu tarix Putinə bağışlamayacaq.  Lakin hazırki məqamda Azərbaycanın balanslaşdırılmış siyasi mövqeyi, Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi artıq Putinə Azərbaycanın əleyhinə gedə biləcək başqa yol qoymur.  Belə olan təqdirdə Rusiyanın mövqeyində bir qədər yumşalma hiss olunur. Lakin narahatedici məqam Ermənistanın silahlandırılması,  Kremlin iddia etdiyi kimi, guya bununla da “regionda balansın qorunması”  istəyi ilə  Rusiya heç bir halda münaqişənin həllində maraqlı olmayacaq. Çünki ədalətli həll Rusiyanın milli və dövlətçilik maraqlarına ziddir”.

 

“Ermənistanın son zamanlarda Rusiyaya atdıği təpiklər yavaş -yavaş özünə dəyir”

Politoloq Ramiyə Məmmədova bildirib ki, “Qarabağ Ermənistanındı, nöqtə” deyən Paşinyana, Azərbaycan Prezidenti tərəfindən vurulan şillə – “Qarabağ Azərbaycanındır və  nida”-bəyanatı  hələ çox xatırlanacaq.

“Paşinyan bu sözləri zəbt etdiyi torpaglarımızda - Xankəndindəki cıxışı zamanı dilə gətirmişdi.  Prezident isə bu sözləri dünyada tanınan və sayılan, prezidentlərin və tanınmış insanların üzv olduğu Valday klubun kürsüsündən səsləndirdi. Paşinyan hər dəfə etdiyi çıxışlarlarla oturduğu kürsünün adını batırmaqla yaşı, nə siyasətçi, nə də ciddi insan olmadığını göstərir. Ermənistan Qarabaĝ məsələsində bir tək Rusiyaya arxalana bilərdi ki, son zamanlarda Rusiyaya atdıği təpiklər yavaş -yavaş özünə dəyir. Elbətdə Rusiyanın bu məsələni tam həll etmək niyyətində olmadıgını biz də bilirik. Elə Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışında bunu yenə də gördük. Buna baxmayaraq Prezidentin çıxışı Putinə və bütün dünyaya bir daha mesaj verdi ki, biz öz torpaqlarımızdan əl çəkən deyilik”./üç nöqtə/

 

 

T.Qafarlı

Versus.Az

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı