Dağlıq Qarabağda “Ştaynmayer formulu” …

19:36 06-10-2019 | icon 855 | Geopolitika
Dağlıq Qarabağda “Ştaynmayer formulu” …

““Ştaynmayer formulu” mövcud qüsurlarına rəğmən münaqişənin mərhələli həllini diqtə edir, deməli., vacib əlavələrlə bu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də məqbul sayıla bilər”.

 

Versus.Az “Üç nöqtə”yə əsasən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu  ortaya atılan bu formul haqqında və bunun Qarabağ münaqişəsinə verə biləcəyi vədləri təhlil edərkən deyib.

 

Politoloq hesab edir ki, Ukrayna hadisələri ilə bağlı hesablanan bu formulun  münaqişələrin həllində nə dərəcədə effktli işləməsinə baxılmalıdır.

 

“Bu formul Ukraynaya sülh gətirəcəkmi? Əgər bu formulun müsbət nəticələri olarsa, bundan sonra eyni formulun əlavələrlə Dağlıq Qarabağ üçün də tətbiqindən danışıla bilər”-, deyə politoloq  bildirib.

Politoloq Ukraynada 2013  və 2014-cü il “Maydan” hadisələrini şərh edərək, bundan sonra separatçıların Donbassın böyük hissəsində nəzarəti ələ keçirdiyini qeyd edib. Bildirib ki, o illərdə dağılmış vəziyyətdə olan Ukrayna ordusu separatçıların nəzarət etdiyi bögələri, o cümlədən Donetsk və Luqansk şəhərlərini azad edə bilmədi. Bundan sonra Minksdə danışıqlar başladı və tərəflər arasında razılaşma əldə olundu.

“Minsk razılaşması münaqişənin necə həll olunmasını ehtiva edirdi. Ancaq razılaşmadakı bəndlərin necə yerinə yetiriləcəyi dəqiqləşmədiyindən münaqişəni həll etmək mümkün olmadı.  Nəticədə atəşkəs də mütəmadi pozuldu və hər iki tərəfdən itkilər qeydə alındı. Minsk prosesi ilə paralel “Normand dördlüyü” (Ukrayna, Rusiya, Fransa və Almaniya) çərçivəsində də təmaslar olurdu. Ancaq bu çərçivədəki təmaslar da münaqişənin həllini sürətləndirmədi. Buna baxmayaraq, 20 oktyabr 2016-cı ildə Berlində bir daha görüşən Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri Minsk razılaşması üçün “yol xəritəsinin” hazılanmasını məqbul saydılar. Almaniyanın hazırki prezidenti, o zamankı xarici işlər naziri Ştaynmayer “yol xəritəsini” hazırladı və tərəflərə təqdim etdi”-deyə politoloq bildirib”.

E.Şahinoğlu “Ştaynmayer formulu”nun nə olduğunu ayrı-ayrı bəndləri ilə qeyd ədərək, Qarabağ münaqişəsi ilə bağlı uyğunluqları önə çəkib.

“Birincisi, separatçı bölgələrdə ATƏT-in və digər beynəlxalq təşkilatların nəzarəti seçkilər keçirilir. İkincisi, seçki ilə eyni gündə separatçıların nəzarət etdiyi bölgəyə müvəqqəti əsasda xüsusi status verilir. ATƏT seçki nəticələrini açıqladıqdan sonra status daimi xarakter daşıyacaq. Xüsusi status geniş siyasi və iqtisadi muxtariyyəti diqtə edir. Bununla bağlı Ukrayna parlamenti müvafiq qanun qəbul etməlidir. Üçüncüsü, hər iki tərəf ağır silahları təmas xəttindən razılaşdırılan məsafədə geri çəkməlidirlər. Dördüncüsü, böyük amnistiya elan edilir, Ukrayna həbsxanalarında olan separatçılar, separatçıların əlində olan ukraynalı döyüşçülərin tamamı azad olunur. Beşincisi, separatçı bölgələrdə “milli milis” yaradılır”.

Politoloq bildirib ki, separatçılar və Moskva “Ştaynmayer formulunun” reallaşdırılmasınna tərəfdardılar. Ancaq Kiyev qərar verməkdə çətinlik çəkir. Ukraynanın keçmiş prezidenti Petro Poroşenko “Ştaynmayer formulunun” Kremldə hazırlandığını iddia edərək, bunu “Putin formulu” adlandırır və sənəddə göstərilən prinsiplərin qəbulunun əleyhinədir. Digər müxalifət təmsilçisi Yuliya Timoşenko da “Ştaynmayer formulunun” qəbulunun əleyhinədir.

“Ukraynanın hazırki prezidenti Vladimir Zelenski isə ölkəsi üçün sülh istəyir və ona görə də “Ştaynmayer formulunu” qəbul etməyə hazır görünür. Zelenskinin təmas qrupundakı təmsiliçisi, eks-prezident Leonid Kuçma “Ştaynmayer formulunu” artıq qəbul etdiklərini bildirib. Bu o deməkdir ki, Kuçma Zelenskidən bununla bağlı təlilmat alıb. Ancaq Zelenski son qərar verməyə tələsmir. Çünki onun ölkədaxilindəki rəqibləri artıq prezidenti satqınlıqda ittiham edir və tərəfdarlarını küçələrə çıxaracaqları ilə hədələyirlər. Əlbəttə, Vladimir Zelenski öz partiyası olan “Xalqın xidmətçisi” vasitəsilə parlamentə nəzarət edir və Donbasın statusunu müəyyənləşdirəcək qanunun qəbulunu təmin edə bilər. Ancaq Zelenski “Ştaynmayer formulunu” qəbul edərsə, bu halda birincisi, Kiyevdə növbəti mitinqlər dalğası başlayacaq, ikincisi, Zelenskinin partiyasında parçalanma baş verə bilər. Ona görə Zelenski suyu üfürə-üfürə içmək məcburiyyətindədir.

“Ştaynmayer formulu” münaqişənin mərhələli həllini şərtləndirsə də açıq qalan suallar az deyil. Məsələn Donbasla Rusiya arasındakı sərhəd kimin nəzarətində qalacaq? Və ya Donbasın xüsusi statusunda separatçıların hüquqlarını artıracaq bəndlər Ukraynanın ərazi bütövlüyünə təhlükə yaratmayacaqmı? “Milli milis” elə silahlı separatçılar demək deyilmi? Təsadüfi deyil ki, “Ştaynmayer formuluna” müxalif olanlar bu prinsiplərin qəbulunun münaqişəni həll etməyəcəyini, tam əksinə münaqişəni donduracağına əmindirlər”.

Politoloq bu günlərdə Azərbaycanda səslənən “Ştaynmayer formulu” Dağlıq Qarabağ münaqişəsinə də tətbiq oluna biləmi” sualına da aydınlıq gətirib.

“Donbass probleminin çözümü Dağlıq Qarabağ probleminin çözümü kimı “Minsk” adı ilə bağlıdır. Digər tərəfdən Donbass münaqişəsinin həlli ilə məşğul olan 4 ölkədən ikisi – Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlliylə də məşğul olan Minsk Qrupunun həmsədridir. Bu mənada başqa bir ölkədə münaqişənin həlli ilə məşğul olan bu iki ölkə hazırladıqları prinsipləri Dağlıq Qarabağ üçün də tətbiq edə bilərlər. Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə hazırdır. Ancaq Donbassdakı vəziyyət Dağlıq Qarabağdakı vəziyyətdən fərqlidir.

Birincisi, Donbass separatçıları erməni separatçılarından fərqli olaraq yaşadıqları ərazidən başqa əraziləri işğal etməyiblər. İkincisi, erməni separatçılarından fərqli olaraq Donbass separatçıları bölgədə böyük mənada etnik təmizləmə həyata keçirməyiblər.

Azərbaycan üçün “Ştaynmayer formulununun” ilk iki bəndi Dağlıq Qarabağa aid olmayan bölgələrin boşaldılması və azərbaycanlıların Dağlıq Qarabağa qayıtması olmalıdır. Bundan sonra “Ştaynmayer formuluna” uyğun olaraq bölgədə ermənilərin və azərbaycanlıların iştirakı ilə yerli orqanlara seçkilər keçirilməli və bölgənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusu müəyyənləşməlidir. “Ştaynmayer formulunda” separatçıların nəzarət etdikləri ərazidə bölgənin statusunu müəyyənləşdirilməli olan referendumun keçirilməsi nəzərdə tutulmayıb. Bölgəyə Kiyevin razılığı ilə xüsusi status verilir. Formulun bu bəndi bizim də üçün də yararlıdır.

“Ştaynmayer formulunun” milli milis məsələsi də Dağlıq Qarabağda reallaşa bilər. Xankəndinin yerli əhalisini erməni milisi, Şuşadakı əhalinin təhlükəsizliyini isə azərbaycanlıların formalaşdırdığı polis qorumalıdır. “Ştaynmayer formulunda” olduğu kimi Azərbaycan Ermənistanla sərhəddin tamamına nəzarət etməlidir”.

 

T.Qafarli

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol