Körpələri niyə qıdıqlamaq olmaz?

08:22 07-10-2019 | icon 523 | Sağlamlıq
Körpələri niyə qıdıqlamaq olmaz?

Körpəni güldürmək üçün onu qıdıqlayanlar həm onu, həm də özlərinin əyləndirdiklərini düşünür. Alimlər isə belə hesab etmir. 

 
Körpələri qıdıqlamaq, güldürmək üçün bədənində müxtəlif hərəkətlər etmək zərərlidir.
 
 
Versus.Az Medicina.az-a istinadən bunun 5 elmi səbəbini təqdim edir. 
 
 
1.Əslində qıdıqlamaq uşağa əziyyət verir, sevinc yox
 
Amerikalı psixoloq Kristina Harris bu mövzuda maraqlı eksperiment keçirib: Qıdıqlamadan sonra insanların simalarını dərhal çəkib. Şəkillərdən görünüb ki, insanların simasında sevinc yox, əziyyət və narazılıq ifadəsi olub.
 
 
"İnsan beyni qıdıqlanmanı xarici qıcıq kimi qəbul edir. Bu, təhlükə siqnalıdır. Əbəs yerə deyil ki, usage qıdıqlayanda imkan vermir, yerində fırlanır, bununla qolaltı, qarın və dabanlarını instinktiv olaraq qoruyurlar. Və heç bir qıdıq onlara gülüş və sevinc bəxş etmir.
 
 
2.Əgər uşaq qıdıqlayanda gülürsə, bu o demək deyil ki, xoşuna gəlir
 
Ümumiyyətlə, xarici təsirdən –qıdıqlamadan yaranan gülüş orqanizmin avtomatik reaksiyasıdır və bunu insan nəzarət edə bilmir. Həssas yerlərə istənilən toxunuş usage güldürəcək, hətta bu ona xoş gəlməsə də. Təəssüf ki, çox böyüklər bunu bilmir və körpəni o qədər qıdıqlayır ki, gülməkdən hışqırana kimi. 
Ona görə sonradan körpə uşağa ata-anası barmaqlarını uzadanda yenə qıdıqlayacağını düşünüb ağlayır ya da qaçır.
 
 
3.Uşaq "dayan, bəsdir” deyə bilmir
 
Körpələr gülməkdən boğulma həddinə çatsa da qıdıqlamağı dayandırmağı tələb edə bilmir. Hələ danışa bilməyən körpələr üçün bu əsl cəhənnəmdir. Əlləri, ayaqları ilə reaksiya verir, amma böyüklər buna məhəl qoymur. 
 
Validyenlər qıdıqlayanda mütləq uşağın hərəki reaksiyalarına baxıb, vaxtında dayanmalıdırlar. 
Qıdıqlamaq uşağın şəxsi sahəsinə icazəsiz girişdir və hücumdur. Uşaqlar buna xoş deyil. 
 
 
4.Qıdıqlama gələcək psixoloji travmalara səbəb ola bilər
 
Tərbiyə üzrə ekspert Petti Uipfler hesab edir ki, uşağın istəyi və iradəsi əksinə qıdıqlama böyüdükdə ciddi psixoloji problemlərə səbəb olur. 
"Mən psixoterapevt kimi bir çox insanlarla ünsiyyət zamanı gördüm ki, onlarda böyük psixoloji travmaların kökü uşaqlığa gedib çıxır. Çox uşaqların şüuraltında qıdıqlama ilə bağlı xoş olmayan hisslər, xatirələr qalıb. Bunlar gələcəkdə şəxsiyyət formalaşmasında mane olur”.
 
 
5.Qıdıqlama uşaq səhhəti üçün təhlükəlidir
 
Hər adam bilmir ki, zərərsiz hesab edilən qıdıqlamağın da əks göstərişləri var. Nevroloji xəstəlikləri, autism və epilepsiyasını olan uşaqları qəti qıdıqlamaq olmaz. 
 
Qızdırmalı, xəstə usağı güclə qıdıqlayıb süni gülüş yaratmaq olmaz. Bu onun halını pisləşdirir. 
Elə hesab etməyin ki, qıdıq və gülüşdən ölmürlər. İş ondadır ki, ölə bilər. 
 
Güclü qıcıq və oyanılıq damarların spazmına səbəb olub, başda təzyiqi qaldırır. Xoşbəxtlikdən bu hal nadir hald aolur, amma bəzən qıdıqlamaqdan gülmək zamanı uşağın tənəffüsü də dayana bilər.
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol