Laçınlı Qarabağ müharibəsi əlilləri, veteran və şəhid ailələrindən Prezidentə dəstək

17:18 07-10-2019 | icon 440 | Cəmiyyət
Laçınlı Qarabağ müharibəsi əlilləri, veteran və şəhid ailələrindən Prezidentə dəstək

Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.

 

Versus.Az-ın məlumatına görə, müraciətdə deyilir:

 

“Möhtərəm cənab Prezident! Biz - Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan qurtarılması istiqamətində apardığınız siyasəti, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz islahatları bəyənirik və dəstəkləyirik.

Siz Azərbaycanın ərazi bütövlüyünü dinc vasitələrlə bərpa etmək üçün səy göstərməklə yanaşı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daim artırılmasını da diqqətdə saxlayırsınız. Sizin qətiyyətli mövqeyiniz və dövlətimizin gündən-günə inkişafı biz həqiqi döyüşçüləri əmin edir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon tezliklə işğaldan azad ediləcək.

Bu gün Ulu Öndərimizin müəyyənləşdirdiyi və Sizin rəhbərliyinizlə davam etdirilən yol bizim yeganə yolumuzdur. Xalqımızın Sizə etimadı və güvəni sonsuzdur. Azərbaycanın inkişafını gözü götürməyənlərin, düşmən dəyirmanına su tökənlərin, Vətənini, millətini satan namərdlərin fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bundan sonra da belə olacaq.

Bu gün müstəqil dövlətçiliyimizi təhdid etmək niyyətinə düşənlər Sizin başçılıq etdiyiniz hakimiyyətlə, iqtidarla xalqın arasındakı birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz! Öz Vətəninə, dövlətinə, Prezidentinə daim sadiq olan milyonlarla vətəndaşımız Azərbaycanın bu gününü və gələcəyini, ölkəmizin təhlükəsizliyini və davamlı inkişafını hər cür qəsdlərdən qorumağa qadirdir. Bizim bir yolumuz var: O da Sizin tərəfinizdən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev yoludur”.

 

Qeyd edək ki, müraciəti ümumilikdə 96 nəfər imzalayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı