ABŞ səfiri Qobustan Qoruğunda olub

17:54 07-10-2019 | icon 418 | Mədəniyyət
ABŞ səfiri Qobustan Qoruğunda olub

ABŞ-ın Azərbaycandakı səfiri Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

 

Versus.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatında bildirilib.

Oktyabrın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

 

Səfir əvvəlcə qoruq ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlarla tanış olub. Qonağa Qobustan abidələri, aparılan arxeoloji tədqiqatlar haqqında məlumat verilib. Bildirilib ki, Qobustan qayaüstü təsvirləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində 6 mindən çox qayaüstü təsvirin, 20 mağara və yaşayış yerinin, 40 kurqanın aşkar edilib öyrənildiyini səfirin diqqətinə çatdıran qoruğun direktoru Vüqar İsayev Qobustanın 2007-ci ildə UNESCO- nun Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib. Qeyd edib ki, nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

 

Qobustanı heyrətamiz mədəni irs bölgəsi adlandıran səfir, qədim incəsənəti görməkdən və buranı ziyarət etməkdən məmnunluğunu ifadə edib. Buradakı abidələrin insanlığın qoyub getdiyi universal bir tarix olduğunu və Azərbaycanın yer üzərində bəşəriyyətin belə vacib bir hissəsi olması ilə mükafatlandırıldığını vurğulayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR