“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edilib

12:46 08-10-2019 | icon 111 | Gündəm
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edilib

“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edilib.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlara dəyişiklik III oxunuşda qəbul edilib.

 

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv olunub.

 

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun isə 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

 

Maddənin 2-ci (Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir) hissəsi isə çıxarılıb.

Qanun layihələrinə dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Futboldakı problemləri açıb tökdü

Atəşkəs rejimi 22 dəfə pozulub

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Sabahın hava proqnozu

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi 

Milli Məclisə yeni sədr seçiləcək

Ermənilər Xocalıda at oynadır

"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq"

Sevgi romanı" bədii filminin qala gecəsi keçirildi

Çindən gətirilən qida məhsulları və qoyulan məhdudiyyət