"ADA" Universitetində şəhidin anım tədbiri keçirilib

12:00 07-04-2018 | icon 885 | Qarabağ
"ADA" Universitetində şəhidin anım tədbiri keçirilib

Millət vəkili gəncləri Azərbaycan həqiqətlərinin yayılmasında fəal olmağa çağırıb

 

“ADA” Universitetinin Tələbə Şurası və “Aprel şəhidləri 2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkil etdiyi anım tədbiri keçirilib.

 

Versus.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva çıxışında “Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm” deyərək, Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və “belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik” deyib.  Qəhrəman komandir, polkovnik-leytenant  Rafuq Orucovu yaxından tanıdığını deyən millət vəkili Q.Paşayeva onun haqqında geniş çıxış edib, qəhrəmanlıq yolundan danışıb və gəncləri Raguf Orucov kimi qəhrəmanlardan örnək götürməyə çağırıb. "ADA" Universitetinə qəhrəman şəhidlərimizlə bağlı  keçirdikləri tədbirlər üçün təşəkkürünü bildirən millət vəkili ali təhsil ocaqlarında və orta məktəblərdə bu cür tədbirlərin böyük önəmini xüsusi vurğulayıb. Ali Baş Komandanın, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran Q.Paşayeva “böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq” deyib.

 

Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Millət vəkili “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq” - deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. “Biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ölkəmizin könüllü əsgəriyik və olmalıyıq” deyən Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır.


Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. Ogənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Qənirə Paşayeva gəncləri qəhrəman şəhidlərimizdən Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili “bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz” deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir. Millət vəkili tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya daha fəal çatdırmağı tövsiyə edib. O, "ADA" Universitetinin ölkəmizin ən yaxşı təhsil ocaqlarının önündə gəldiyini qeyd edib, gənclərin fəallığının əhəmiyyətini vurğulayıb, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan geniş bəhs edib. Q.Paşayeva tələbələri universitetdə keyfiyyətli təhsil üçün yaradılmış mühitdən lazımınca istifadə etməyə və xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib.

 

Tədbirin sonunda Q.Paşayeva tələbələrin maraqlandıran sualları cavablandırıb və tədbirdə iştirak edən müəllimlərlə görüş və fikir mübadiləsi aparıb.

 

Millət vəkili Adil Əliyev də geniş çıxış edərək gənclərə çağırışlaqr səsləndirib.

 

“ADA” Universitetində keçirilən tədbirdə aparat rəhbəri Şəfəq Mehrəliyeva, Tələbə Şurasının sədri Qoşqar Qədimbəyli, qəhrəmanın oğlu Aqşin Orucov Aprel döyüşlərinin əhəmiyyətindən və həmin döyüşlər zamanı xüsusi rəşadət göstərmiş R.Orucovun igidliyindən bəhs ediblər.

 

Tədbirdə Ağdam rayon icra hakimiyyətinin rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova,  Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri  də iştirak ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol