""Bir kəmər, bir yol" strategiyası üzrə Azərbaycan-Çin əməkdaşlığının böyük perspektivləri var"

16:12 08-10-2019 | icon 577 | İqtisadiyyat
""Bir kəmər, bir yol" strategiyası üzrə Azərbaycan-Çin əməkdaşlığının böyük perspektivləri var"

Bu il aprelin 26-da Pekin 37 dövlət və hökumət başçısının, beynəlxalq və regional təşkilatların rəhbərlərinin iştirak etdiyi ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumuna ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyev ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən məhdud sayda dövlət başçılarından biri oldu. Dövlətimizin başçısının bu səfəri ölkəmizin "Bir kəmər, bir yol" təşəbbüsünün icrasında iştirakına və Azərbaycan-Çin ikitərəfli münasibətlərinin dərinləşməsinə mühüm töhfələr verdi.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası işçi qrupunun üzvü Cavid Osmanov deyib.

 

Deputatın sözlərinə görə, tarixi İpək Yolunun vacib ölkələrindən biri olan, Avrasiyanın mərkəzində, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan müasir dövrdə də öz tarixi ənənələrinə söykənərək, beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında fəal iştirak edir:

"Ümummilli Lider Heydər Əliyevin siyasi varisi Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı ilə paralel, ölkəmizin nəqliyyat-tranzit potensialının müasirləşdirilməsi istiqamətində nəhəng işlər görülür. Azərbaycandakı 6 beynəlxalq hava limanı, Bakı yük terminalı, Ələt Ticarət Limanı, ən müasir yük gəmilərinə malik Xəzər dənizindəki yük donanması, 2017-ci ildə istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin nəqliyyat-tranzit sahəsində qısa müddətdə əldə etdiyi uğurlardandır. Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyi və qeyd etdiyim bu nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yük daşımalarında mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır. Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir".

 

C.Osmanov qeyd edib ki, dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır:

"Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olmuşdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfəri zamanı "Bir kəmər, bir yol" strategiyasının tərkib hissəsi olan "İpək yolu iqtisadi" kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanmışdı. Azərbaycan rəsmiləri müxtəlif görüşlərdə və beynəlxalq tədbirlərdə ölkəmizin bu təşəbbüsə təkcə siyasi dəstək verməklə kifayətlənmədiyini, həm də onun icrasına özünün iqtisadi potensialı və nəqliyyat-tranzit imkanları ilə əməli töhfələr verməyə hazır olduğunu dəfələrlə bəyan ediblər.

Prezident İlham Əliyev ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunun dövlət başçıları səviyyəsində "Daha parlaq birgə gələcəyin qurulması" mövzusunda çıxışında ölkəmizin "Bir kəmər, bir yol"a verdiyi dəstəyə və bu çərçivədə əməkdaşlıq imkanlarına toxundu. Dövlətimizin başçısı çıxışında Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələrin öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edə biləcəklərini vurğulayaraq bildirdi ki, müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik, eyni zamanda, biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik".

 

Deputat əlavə edib ki, beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. "Bir kəmər, bir yol" təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir:

"Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın dövlət başçısının ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumuna dəvət olunması əslində Çinin də bu strategiyanın icrasında Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək niyyətini göstərir. Forum çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənədin imzalanması ölkələrimizin iqtisadi-ticari əlaqələrinin, xüsusən də "Bir kəmər, bir yol" strategiyası üzrə əməkdaşlığının böyük perspektivlərindən xəbər verir". /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol