“Onların hamısı raketlərlə məhv edilməlidir"

16:40 08-10-2019 | icon 460 | Siyasət
“Onların hamısı raketlərlə məhv edilməlidir"

Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Şuşada “Yuxarı Gövhər Ağa” məscidinin “yenidənqurma işlərindən” sonra təntənəli açılışı keçiriləcək. Oktyabrın 11-də isə Xankəndində “Qarabağın dostları”nın iştirakı ilə daha bir tədbir planlaşdırılır ki, burada 30 ölkədən 150-dən çox nümayəndənin iştirakı gözlənilir.

 

Maraqlıdır, Azərbaycan Qarabağda keçirilən bu cür bayram-tədbirlərlə bağlı hansısa ciddi addımlar ata bilərmi? Bu cür tədbirlərin keçirildiyi məkanlara nöqtə-zərbələrin endirilməsi, ən azından düşmən arasında qorxu və təşvişin yaradılması milli maraqlarımız baxımından nə dərəcədə zəruri və arzuediləndir?

 

Versus.Az xəbər verir ki, millət vəkili Fərəc Quliyev açqlamasında düşmənə qarşı sərt addımlar atılmasının vacib olduğunu vurğulayıb:

 

“Mən parlamentin ötən dəfəki iclasında çıxış etdim və həmin çıxışda savaş çağırışı etdim. Hətta belə bir çağırış da etdim ki, bir qaşıq qanımızdanmı qorxuruq? Savaşmalıyıq. O çıxışımda da bildirdim ki, ermənilər Qarabağda rahat olmamalıdırlar. Mən əvvəldən Qarabağda yaşayan yerli, erməni əsilli azərbaycanlıları nəzərdə tutmuram. Işğalçı Ermənistan ordusu buranı zəbt edib və bura adamlar köçürməkdədir. Turistlər də gəlir, müxtəlif tədbirlər də keçirilir və s. Təbii ki, onlar özlərini rahat hiss etdikcə, yollar çəkəcək, istirahət mərkəzləri, məktəblər tikəcək, yaşayış məntəqələri salacaqlar və s. Necə ki, bunları edirlər.

 

Ermənilər 163 mədənimizi istismar edirlər. Bura Azərbaycan ərazisidir. Azərbaycan-Ermənistan sərhəd xətti deyil. Azərbaycan işğaldakı torpaqlarda istənilən hərəkətliliyə son qoymalıdır. Dünya praktikasında da var ki, bir ölkə müharibə zamanı geri çəkilməli olanda, dəmir yollarını, körpüləri, mədənləri və zavodları partladaraq sıradan çıxarır ki, düşmənə qalmasın. Hətta ərzağı belə məhv edirlər. Ermənilər yol çəkirlərsə, vurulmalıdırlar. Mədən istismar edirlərsə, “Yer-Yer” tipli raketlərlə vurulmalıdır. Uçan bir aparat gəlirsə, vurulmalıdır. Mən son çıxışımda irad da tutdum. Dedim ki, bir müddət öncə düşmən Füzuli rayonu ərazisində bizim təyyarəmizə atəş açsa da, ona qarşılıq verilmədi. Biz sərhəd xətini keçən istənilən uçan obyekti vurmalıyıq.

 

Ermənilər Dağlıq Qarabağ ərazisinin “mübahisəli” olduğunu iddia edirlər. Mən bunu bir kənara qoyuram. Aran Qarabağ ki, mübahisəli ərazi deyil. Aran Qarabağda “Yer-Yer” tipli raketlərlə atışlar həyata keçirmək olar. Kim gəlir-gəlsin. Orda kimin nə işi var ki, ölsün də? Olmasın, ölməsin. Sərt tədbirlər görmədikcə, onlar torpaqlarımızda bir gün bayram keçirəcək, bir gün xariciləri dəvət edəcəklər. Lakin görsələr ki, ora kimsə gələn kimi, ona zərbə vurulur, onun bu ərazidən sağ çıxmamaq ehtimalı var, kimsə ora ayağını qoymayacaq. Ona görə də mən sərt tədbirlərin görülməsinin tərəfdarıyam. İşğal edilmiş Azərbaycan torpaqlarına gələn adamların adını “qara siyahı”ya salmaq, hansısa bəyanat verməklə bu problemi həll etmək mümkün olmayacaq”. /moderator.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı