Deputatın Özbəkistanda görüşləri davam edir

23:24 08-10-2019 | icon 527 | Cəmiyyət
Deputatın Özbəkistanda görüşləri davam edir

Millət vəkili Qənirə Paşayevanın Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınları ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova millət vəkili Qənirə Paşayevanı salamlayaraq "qardaş Azərbaycanla əməkdaşlığın getdikcə artmasında çox maraqlıyıq, dövlət başçımızın siyasətində də bu məsələyə böyük önəm verilir və inanırıq ki, əməkdaşlığımızın daha da genişlənməsində Özbəkistan və Azərbaycan qadınları çox fəal olacaqlar" deyib və Q.Paşayevanın Özbəkistana münasibəti, beynəlxalq tədbirlərdə Özbəkistanla bağlı mövqeyi, iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edən çalışmalarını xüsusi vurğulayıb.

 

Qənirə Paşayeva Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğunun keçmişi, bu günü və gələcək perspektivləri, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişafı haqqında məlumat verib. Millət vəkili Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınlarına ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, eyni zamanda Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. Bildirib ki, bu məsələdə Özbəkistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, bu mövqeyə görə Özbəkistanın rəhbərliyinə minnətdarlıq edib:

 

"İnanırıq ki, bundan sonra da qardaş Özbəkistan hər zaman Azərbaycanın yanında olacaq və Qarabağ məsələsində Azərbaycana dəstəyini daha da artıracaq. Azərbaycan da hər zaman qardaş Özbəkistanın yanındadır. İki qardaş ölkə arasında münasibətlərin daha da inkişafında qadın təşkilatlarının, fəal qadınların da üzərinə böyük işlər düşür. Özəlliklə gənc nəsillərimizin bir-birini daha yaxından tanıması, qadın təşkilatlarımız, fəal qadınlarımız arasında ortaq layihələrin artması vacibdir".

 

Q.Paşayeva Elmira Basitxanova və bu ölkənin fəal qadınlarını ölkəmizə dəvət edib.

"Azərbaycanla daha çox ortaq layihələr və işlərə görməyə çox maraqlıyıq" deyən Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınları Q.Paşayevanın Azərbaycana dəvət təklifini də böyük məmnuniyyətlə qəbul edərək qardaş Azərbaycanı daha yaxından tanımaqdan və əməkdaşlığımızın daha da inkişafı istiqamətində müzakirələrdən böyük məmnuniyyət duyduqlarını bildiriblər.

 

Görüş zamanı Özbəkistan qadınlarının cəmiyyətin həyatında aktov rolu, həyata keçirilən işlər barədə geniş məlumatlar verilib, tanınmış qadınlar çıxış edərək iki qardaş ölkə qadınları arasında əməkdaşlığın daha da artmasının vacibliyini xüsusi vurğulayıblar.

 

Görüşün sonunda Elmira Basitxanova Q.Paşayevaya təşəkkürnamə təqdim edib.

 

Qənirə Paşayeva Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınlarına Azərbaycan tarixi və mədəniyyətinə dair materiallar təqdim edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”