Dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi

09:10 09-10-2019 | icon 556 | Maraqlı
Dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi

Hind rahibi Svami Şivananda (Swami Sivananda) dünyanın ən yaşlı sakini adına real namizəddir.

 

“Daily Mail” xəbər verir ki, Kəlküttədən Londona tranzitlə səyahət edən hindin pasportu Əbu-Dabi (BƏƏ) şəhərinin hava limanı əməkdaşlarının diqqətini cəlb edib.

 

Sənədə əsasən Svami Şivananda 1896-cı ilin 8 avqustunda Hindistanda anadan olub. Əgər sənəddəki məlumatlar düzdürsə, 123 yaşlı Şivananda Yer kürəsinin sağ olan ən yaşlı adamı hesab edilir.

 

Kişi yaşından daha cavan görünür. Cavanlığın sirrini rahib yoqada, intizamda və cinsi əlaqələrdən imtinada olduğunu bildirib.

 

“Mən sadə qidalanıram: ancaq bişmiş, yağsız və ədviyyatsız yeməklər yeyirəm. Süd və meyvə də yeməkdən vaz keçirəm”, - deyə hindli qeyd edib.

 

Daha əvvəl jurnalistlərə verdiyi müsahibədə rahib bildirib ki, 5 yaşında valideynlərini itirib. Şivananda böyüdükdən sonra həyatını rahibliyə həsr etmək qərarına gəlib.

 

Şagirdləri ona dəfələrlə məsləhət görüblər ki, planetin ən yaşlı adamı kimi tanınmaq üçün “Ginnesin rekordlar kitabına” müraciət etsin. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür