Aİİ-nin Dinşünaslıq kafedrasının müəllimi beynəlxalq simpoziumda iştirak edib

12:18 09-10-2019 | icon 483 | Təhsil
Aİİ-nin Dinşünaslıq kafedrasının müəllimi beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Türkiyə Respublikası Ağrı şəhəri İbrahim Çeçen Universitetində keçirilən İslam dünyasının elm və mədəniyyət tarixçisi professor Fuat Sezginin həyat və yaradıcılığına həsr olunmuş “III Beynəlxalq Əhmədi-Hani Simpoziumu”nda iştirak edib.

 

Bir çox ölkədən 80 məruzəçinin çıxış etdiyi simpoziumda prof. Fuat Sezginin şəxsiyyəti, elmi fəaliyyəti, əsərləri, dünya elm tarixinə və bəşəriyyətə verdiyi töhfələr haqqında geniş müzakirələr aparılıb. Dosent Anar Qafarov simpoziumda “İslam dünyası elmi baxımdan niyə tənəzzülə uğradı? Fuad Sezgin görüşləri müstəvisində” mövzusunda məruzə ilə çıxış edib.

 

A.Qafarov F.Sezginin bu məsələ ilə bağlı qeyd etdiyi mühüm məqamlardan söhbət açaraq, İslam dünyasının elmi baxımdan zəifləməsinin və durğunluq dövrü yaşamasının tarixi, siyasi və elmi səbəblərini açıqlayıb. “Beytül-hikmə” Tərcümə Mərkəzinin fəaliyyətindən danışan A.Qafarov müsəlman elm adamlarının dünya elminə verdikləri töhfələrdən bəhs edib.

 

Məlumat üçün bildirək ki, Aİİ-nin müəllimi dosent A.Qafarov müxtəlif beynəlxalq konfranslarda elmi mühazirələrlə çıxış edib. Tərcümə, naşir, elmi redaktor, tək və ortaq müəllifi olduğu 13 kitabı, 4 monoqrafiyası var. Ölkəmizdə və xaricdə nüfuzlu jurnallarda 20-dən çox məqaləsi nəşr edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı