"Əli Kərimlinin növbəti təxribat cəhdi fiaskoya uğradı"

15:46 09-10-2019 | icon 545 | Siyasət
"Əli Kərimlinin növbəti təxribat cəhdi fiaskoya uğradı"

Milli Şuranın Bakıda piket adı ilə keçirdiyi yığıncaq xüsusi planlaşdırılmış təxribat idi.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

 

Onun sözlərinə görə, AXCP sədri Əli Kərimli və Milli Şura deyilən qurum 50 nəfərlik piket adı ilə paytaxtda xaos yaratmağa cəhd etdilər:

"Onların keçirdiyi razılaşdırılmış piket deyildi. Buna piket demək olmaz. Bu, Əli Kərimlinin hazırladığı konkret təxribat idi. Onlar bunu məqsədli şəkildə planlaşdırmışdılar ki, Bakının mərkəzində təxribat, qarşıdurma yaratsınlar. Əli Kərimli və onun ətrafı inanmırdı ki, Bakı Şəhər İcra Hakimiyyəti onlara şəhərin mərkəzində piket keçirməyə icazə verəcək. Onlar elə zənn edirdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib rədd cavabı alacaqlar və bundan yararlanaraq hakimiyyətə qarşı şüarlar səsləndirəcəklər. İcra hakimiyyəti onların müraciətinə əsasən, 50 nəfərdən ibarət piketin keçirilməsinə icazə verdi. Bundan sonra isə əllərrində əsas qalmadığından, onlar bu üsulla təxribat törətmək qərarına gəldilər. Əli Kərimlinin adamları 50 nəfərlik piket əvəzinə 10-10, 15-15 toplaşaraq ayrı ayrı küçələrdə qanunazidd hərəkətlər etməyə, əhalinin rahatlığını pozaraq özlərinə diqqət cəlb etməyə və ən əsası təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını təxribata çəkməyə cəhd etdilər. Küçədə qanunları pozsalar da, obyektlərə ziyan vurmağa cəhd etsələr də, hüquq-mühafizə orqanları bu işdə soyuqqanlı davrandılar, onlara reaksiya vermədilər, təxribatlara uymadılar. Nəticədə, Əli Kərimlinin növbəti təxribat cəhdi fiaskoya uğradı".

 

Partiya funksioneri qeyd edib ki, Əli Kərimli və Milli Şura onların bu təxribatına cavab veriləcəyini və qarşıdurma yaranacağını düşünürdülər:

"Təbii ki, Əli Kərimli bunu düşünülmüş və sifarişlə edir. Xaricdən aldığı dəstəklə onlar belə təxribatları yaradıb sonradan həmin sifarişçilərə təqdim edərək Azərbaycanda gərgin vəziyyət olduğunu göstərmək istəyirlər. Amma istəkləri bu dəfə də baş tutmadı. Əli Kərimlinin 3 övladı var, 3-ü də xaricdə yaşayır, hətta biri hərbi xidmətdən yayınıb, fərarilik edir. Öz uşaqlarını xaricdə yaşadan Əli Kərimli başqalarının övladlarını öyrədərək təxribata sürükləyir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı