Ermənistandakı Azərbaycan toponimləri ilə bağlı pоrtal yaradılıb

15:58 09-10-2019 | icon 45 | Qarabağ
Ermənistandakı Azərbaycan toponimləri ilə bağlı pоrtal yaradılıb

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən www.realmap.az onlayn xəritə pоrtalının təqdimat mərasimi keçirilib.

 

Təqdim edilən portalın özəlliyi Ermənistanın ərazisində Azərbaycan toponimlərini bərpa etməklə onlara yeni nəfəs verməsindədir. Bununla mövcud Ermənistan respublikasının əzəli oğuz torpaqlarında yerləşdirilməsi əsaslı coğrafi və demoqrafik dəlillərlə isbat olunur.

 

Prezident İlham Əliyev Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan haqqında bütün beynəlxalq tribunalardan bəyan edir: “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”. www.realmap.az onlayn xəritə platformasında göstərilən toponimik panorama və demoqrafik faktlar ölkə başçısının dünya miqyasında səsləndirdiyi tezisini möhkəmləndirən unikal elektron bazadır.

 

Portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilmişdir. Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı göstərilir. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə azərbaycanlıların sayının dəfələrlə azalması xəritədə öz əksini tapmış və Ermənistanda soydaşlarımıza qarşı törədilmiş soyqırımın təzahürü kimi önə çəkilmişdir. Xəritə ilə yanaşı portalda “Ermənistanda Azərbaycan toponimləri”, “Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr yer almışdır. Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir sənədlər yerləşdirilmiş, kəndlərin adları əlifba üzrə sıralanmış və hər kənddə Azərbaycan əhalisinin soyqırımına dəlalət edən statistik məlumat verilmişdir. Layihənin koordinatoru Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şalalə Həsənovadır.

Xəbər lenti

12 həftəlik hamilə olduğunu düşündü, qarnından şiş çıxdı

Qadın eşitdiyindən şoka düşür və öləcəyini düşünür

Əsəbdən yaranan 7 xəstəlik

Balqabaq yağının faydaları və zərərləri

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

"Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"

"İnzibati amillərlə repetitorluğun qarşısını almaq az effektli yoldur"

"Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir"

"Ermənistan onları əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur"

Müdafiə naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə razılaşdırılmış sənədlərimiz var"

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"Vəzifədə olanların bir hissəsi açıq və gizli formalarda bu islahatlara mane olacaqlar ki..."

Deputat məmurların düşmənçiliyindən DANIŞDI

“Rafael işdən çıxıb, indi türməyə gedir”

"Xalq siyasi, iqtisadi, sosial islahatlarda Prezidentə dəstək olmalıdır"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Ailə bugün dünənki formatla yürüməz

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Döyüş xatirələrində yaşanan həqiqətlər

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

“...Hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik”

İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol

Füzuli Alməmmədovun Soyuqbulaq xatirələrindən

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

İlham Əliyevin Paşinyana endirdiyi növbəti zərbə

ALDP sədri avropalı diplomatla görüşüb

Füzulinin Soyuqbulaq Xatirələrindən