Mahatma Qandiyə poçt markası həsr olundu

22:26 09-10-2019 | icon 443 | Dünya
Mahatma Qandiyə poçt markası həsr olundu

Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi “Görkəmli xadimlər” seriyası çərçivəsində Hindistanın Milli Azadlıq Mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə poçt markasını dövriyyəyə buraxıb.

 

Versus.Az-ın məlumatına görə, poçt blokunun üzərində özbək və ingilis dillərində “Mahatma Qandinin 150 illiyi” yazısı, markanın üzərində isə Mahatma Qandinin porterti öz əksini tapıb.

 

Poçt blokunun ölçüləri 100х90 mm, poçt markasının ölçüləri isə 52х37 mm təşkil edir və 5 min tirajla tədavülə buraxılıb.

 

Bu maraqlı layihə rəssam S.Farmanova və dizayner U.Sulaymonova məxsusdur. Eyniləşdirmə nömrələri verilərək nominallar 6200 sum dəyərində müəyyən olunub.

 

Qeyd edək ki, Hindistan Respublikasının qurucularından olan Mahatma Qandi sülh, qardaşlıq, qeyri-zorakılıq ideyalarını fəal təbliğ edib. Mahatma Qandi təkcə Hindistan xalqının deyil, bütün bəşəriyyətin inkişafına çalışdığı üçün onun irsi həm də dünya xalqlarına aiddir. Bununla bağlı Mahatma Qandinin yubiley tədbirləri ötən il oktyabrın 2-dən bu il oktyabrın 2-dək dünyanın müxtəlif ölkələrində qeyd olunur.

M.Qandinin yubileyi münasibətilə Bakıda da Hindistan səfirliyinin təşkilatçılığı ilə reallaşan bir sıra tədbirlər keçirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin