Uşaqlara öskürək dərmanı verməyin!

14:44 10-10-2019 | icon 415 | Sağlamlıq
Uşaqlara öskürək dərmanı verməyin!

Uşaqlarda öskürəklə müşayiət olunan soyuqdəymə xəstəlikləri artıb. Əsas səbəb mövsüm və havaların dəyişkən keçməsi ilə bağlıdır.

 

Versus.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev danışıb.

O bildirib ki, hər dəfə öskürək zamanı dərmanlardan istifadə etmək doğru deyil:
 

"Valideynlər telefonda, sosial şəbəkələrdə "mənə bir öskürək dərmanı deyin” deyə xahiş edirlər. Ya da apteklərdən özbaşına uşaq üçün öskürək dərmanı istəyirlər. Yolverilməzdir və heç bir halda düzgün deyil. Əksər hallarda öskürəyə heç bir dərman lazım deyil, çünki öskürək tədricən özü keçir.
Vəziyyət ciddidirsə, həkim baxışı olmadan virtual müalicə və əczaçının verdiyi dərmanla uşağı müalicə etmək düzgün deyil. Bu, uşağın vəziyyətini daha da ağırlaşdırır. Çünki həkim öskürəyin səbəbini öyrənərək dərman yazır. Apteklərdə isə ümumi öskürək dərmanı verilir və bu da heç bir təsir göstərmir”.
 

V.Qarayev vurğulayıb ki, son vaxtlar dəbdə olan inhalyasiya aparatından da özbaşına istifadə düzgün deyil:

"Valideynlər birdəfəlik bilməlidirlər ki, hər öskürəkdə dərman müalicəsi lazım olmadığı kimi, inhalyasiya aparatından istifadə, antibiotik qəbulu da yolverilməzdir”.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı