"Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir"

16:28 10-10-2019 | icon 401 | Siyasət
"Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir"

Dağlıq Qarabağ münaqişəsi nizama salınana qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır.

 

Versus.Az xəbər verir ki, bunu “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" Beynəlxalq Diskusiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida" bəyanatı ölkədə milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır.

 

YAP rəsmisi qeyd edib ki, ölkə başçısı Soçidə bu bəyanatı səsləndirməklə bir çox ünvanlara çox ciddi mesajlar göndərib:

"Bunun birincisi Ermənistan cəmiyyəti və rəhbərliyidir. İkincisi beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını öz üzərinə götürüblər. Bu mesajın digər ünvanı Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir. Eyni zamanda bütün cəmiyyətin birliyini təmin edən ideyanın formalaşması məqsədi güdülür".

 

Ə.Əhmədov hesab edir ki, münaqişənin həlli ilə bağlı hazırkı danışıqlar prosesində iştirak edən tərəflər bəllidir:

"Bu tərəflərdən biri də Ermənistandır. Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesini normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidirlər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin