Zəfər Günü, Bayraq günü, Noyabr Bəyannaməsi...

15:12 08-11-2023 | icon 1082 | Siyasət
Zəfər Günü, Bayraq günü, Noyabr Bəyannaməsi...

Mahir Abbaszadə: "Bunlar son dövrlər Azərbaycan tarixində mühüm tarixi hadisələrdir"

 

“2020-ci ildə Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək üçün başladığı mübarizə 44 gündən sonra - noyabrın 8-də böyük qələbə ilə başa çatdı. Bu qələbə tarixi, qədim şəhərimiz Şuşada Azərbaycanın üçrəngli bayrağının dalğalanması ilə yekunlaşdı. Məhz Şuşa qələbəsindən sonra Ermənistan kapitulyasiyaya məcbur edildi”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Abbaszadə 8 Noyabr Zəfər Günü ilə bağlı açıqlamasında bildirib. 

 

M.Abbaszadə Azərbaycanın 44 günlük müharibədə azad etdiyi ərazilər içərisində Şuşada əldə olunan qələbəni coğrafi, tarixi, bütövlükdə Qarabağ münaqişəsinin həlli baxımından mühüm hadisə kimi dəyərləndirib:

 

“Şuşanın işğaldan azad olunması bizim qələbəmizdə dönüş nöqtəsi oldu. 2 gün sonra, Ermənistan 10 noyabrda məcbur olub kapitulyasiya aktını imzaladı. Beləliklə, Ermənistan Azərbaycan qarşısında diz çökdüyünü, məğlub olduğunu sənədlər üzərində etiraf etdi”.

 

M.Abbaszadə 8 noyabr hadisəsinin Azərbaycanın tarixinə həm də Qələbə tarixi kimi yazıldığını böyük vurğu ilə qeyd etdi. Deputat bildirdi ki, Azərbaycan xalqı məhz bu tarixdə uzun illər həsrətində qaldığı, bizi hər dəqiqə gözləyən, səsləyən, son 30 il Azərbaycanın siyasi, diplomatik, hərbi mübarizəsinin hədəflərindən biri olan Şuşa şəhərinin işğaldan azad olunmasının şahidi oldu:

 

“O zamanlar möhtərəm cənab Prezident İlham Əliyev Fəxri Xiyabana gələrək ulu öndərin məzarı qarşısında ata vəsiyyətini, ata borcunu ləyaqətlə yerinə yetirdiyini fəxrlə etiraf etdi. Görünür ki, Şuşanın azad olunması, bizi 8 noyabra aparan yol, ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalmağın məntiqi nəticəsidir”.

 

M.Abbaszadə eləcə də 8 noyabrdan sonra imzalanan 10 noyabr bəyannaməsinin bütövlükdə ölkəmizin ictimai, siyasi, geosiyasi həyatında çox mühüm rol oynadığını qabardıb. O, qeyd edib ki, Azərbaycan tərəfi Ermənistana 10 noyabr bəyannaməsini imzalatmaqla həm Cənubi Qafqazda, həm də bütövlükdə dünyada qalib dövlət imicini formalaşdırdı.

 

Deputat məhz 10 noyabr bəyannaməsindən ötən 3 il ərzində Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə Laçın rayonundan keçən yolun çəkilişini, 2023-cü ilin aprel ayında Azərbaycanın uzun müddət Ermənistana və Qarabağda yaşayan xunta rejiminə xəbərdarlıqlarına baxmayaraq həmin yoldan dinc yox, hərbi məqsədlər üçün istifadə etdiyinə diqqət çəkib, Azərbaycanın 2023-cü ilin aprel ayında Laçında sərhəd keçid məntəqəsi qurmaqla mühüm bir addım atdığını qeyd edib:

 

“2023-cü il sentyabr ayında cəmi 23 saata antiterror tədbirlərini həyata keçirilməsi məhz 10 noyabr bəyannaməsinin müddüəlarının icrasından irəli gələn məsələlərdir. Azərbaycan bu məsələləri zaman-zaman icra etməyə başladı, Ermənistan tərəfini buna məcbur etdi. Beləliklə, artıq 91-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində üçrəngli bayrağın dalğalanmasını, suverenliyimizi təmin etdik. Bütün bunlar Azərbaycanın həyatında çox yaddqalan və tarixi bir günlərdir. Həm də ona görə tarixi hadisədir ki, Zəfər Günü müharibədə qələbəmizin simvoluna çevrilən, küçələrdə, döyüş meydanlarında, işğaldan azad etdiyimiz ərazilərdə Azadlıq rəmzinə çevrilən üçrəngli bayraq gününə təsadüf etdi. Biz 8 noyabrda Şuşanın işğaldan azad olunmasını, 9 noyabrda bayraq gününü qeyd edirik. 10 Noyabr Ermənistanın kapitulyasiya aktına imza atdığı tarixdir. Bütün bunlar hamısı son dövrlər Azərbaycan tarixində mühüm tarixi hadisələr olaraq qeyd olunur. İllər keçəcək, bu müharibədə qələbə əldə etmiş Azərbaycan xalqı daha böyük zəfərlərə imza atacaqdır. Çünki biz artıq qalib bir ölkəyik. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bundan sonra tarixdə Zəfər çalmış, qalib gəlmiş, güclü xalq kimi yaşayacağıq".

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”