"Bu işin məqsədi nöqsanları aşkar etmək və qeydə almaqdır"

17:07 09-04-2018 | icon 663 | Gündəm
"Bu işin məqsədi nöqsanları aşkar etmək və qeydə almaqdır"

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə fəaliyyəti normal davam edir.

 

Versus.az-n məlumatına görə, Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov RİA Novosti-yə müsahibəsində deyib. M.Pənahov qeyd edib ki, onların fəaliyyəti normal gedir, artıq aralıq hesabatla çıxış ediblər:

 

"Bizim razılaşmadığımız müəyyən məqamlar da var. Ondan başlayım ki, Azərbaycan yerində dayanmır, yəni inkişaf edir, dünyada tanınır. Bu reallıqdır, faktdır. Ölkəmiz haqqında müsbət fikirlər var. Problem isə hər yerdə mövcuddur. Düşünürəm ki, ölkə inkişaf etməklə münasibətlər, yanaşma da dəyişir. Azərbaycan, belə demək mümkünsə, demokratik ailənin bir hissəsidir. Konkret olaraq ATƏT-ə gəldikdə isə, bəli, yuxarıda deyilənlər bu təşkilata da aiddir. Bizim münasibətlərimiz, əlbəttə, 2000-ci illərin əvvəllərindəki kimi deyil. Biz hazırda fəal surətdə əməkdaşlıq edirik".

 

MSK sədri bildirib ki, müşahidə prosesinin özü çox həssas işdir:

 

"Bu işin məqsədi nöqsanları aşkar etmək və qeydə almaqdır. Məhz o zaman aydın olur ki, kim konstruktiv mövqeyə sahibdir, kim yox. Bəziləri üçün nöqsanlar seçki prosesinə aidiyyəti olmayan məsələləri reallaşdırmağa bir bəhanədir".

 

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin