"Ermənistanla münaqişə bütün platformalarda - hərbi, diplomatik və sosial media üzərindən davam edir"

15:20 11-10-2019 | icon 426 | Qarabağ
"Ermənistanla münaqişə bütün platformalarda - hərbi, diplomatik və sosial media üzərindən davam edir"

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə Azərbaycan Gənclər Fondunun Dağlıq Qarabağ bölgəsindən olan gənclərlə görüşü keçirildi.

 

Versus.Az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev icmanın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında iştirakçılara ətraflı məlumat verdi. İcma sədri bildirdi ki, bu gün Ermənistanla münaqişə bütün platformalarda, hərbi, diplomatik və sosial media üzərindən davam edir.

 

Gənclərimizi sosial media sahəsində aktiv olmağa çağıran icma rəhbəri ermənilərlə informasıya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi.

 

Tural Gəncəliyev bəyan etdi ki, Azərbaycan həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çatdırılması üçün bu gün geniş imkanlar mövcuddur və gənclərimiz bu imkanlardan istifadə etməlidirlər.

 

Azərbaycan Gənclər Fondunun icracı drektoru Fərid Cəfərov isə fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, qrant müsabiqələr haqqında məlumat verdi. Fond rəhbəri Dağlıq Qarabağ bölgəsindən olan gəncləri əməkdaşlığa dəvət etdi.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyətinin üzvü, millət vəkili Flora Qasımova da gəncləri erməni yalanlarına qarşı aktiv olmağa çağırdı.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı