Füzuli Alməmmədovun Soyuqbulaq xatirələrindən

09:47 12-10-2019 | icon 1021 | Şəhidlər və şahidlər
Füzuli Alməmmədovun Soyuqbulaq xatirələrindən

KOMANDİRİMİZ SÜLEYMAN ƏHMƏDOVUN HOCAZA HÜCUM ƏMRİ

 

....Agdərədən Lacına dönmüş 713-ün HOÇAZ dağına hüçum planı komandanlıq tərəfindən çoxdan hazırlansa da, ancaq briqadanın bu hücumu ləngitməsinin səbəbləri hələ də bizə bəlli deyildi. Ürəyində vətən eşqi, düşmənə qarşı nifrət hissi olan ikinci rotanın komandiri Vaqif Quliyev kimi döyüşçünün şəhid olması 713-cü hərbi hissəyə dəyən ağır zərbə idi...

 

Ançaq buna baxmayaraq 713-cü hərbi hissənin əsgərləri öz döyüşçü soyuqqanlılıqlarını saxlamış, düşmənə qarşı daha da sərt şəkildə mübarizə aparma əzmini ortaya qoymuşdular....

 

Sentyabr ayının ikinçi ongünlüyündə Pircahanda Hoçaza hücum əmri verildi. O zaman videoçəkilişlə müşayiət olunan bu hücum ərəfəsində Laçın koridorunu bağlamaq, bununla da düşməni diz cökdürmək tapşırıgı verildi. 713-cü hərbi hissənin komandiri, mayor SÜLEYMAN ƏHMƏDOVun "Sağa dön, addımla marş!" əmri ilə döyüşçülər hərəkətə başladılar. Bütün növ hərbi və qida ehtiyatımızı götürüb, MİŞNİ kəndinə tərəf istiqamət aldıq...

 

"ÇAYIN QIRAĞINA ÇATANDA QRANATAMYOTDAN ATƏŞ AÇILDI"

 

Hərbi hissənin tərkiibində Musanın tabeliyində olan rusdillilərin səs-küyü dayanmırdı. Birinci rotanın komandiri RƏHMAN İSGƏNDƏROVun döyüşçüləri başqa istiqamətdə getdiyi ücün bizdən aralanmışdılar. 3-cü və 2-ci rota birgə hərəkət edirdi. Gecənin qaranlığı, yolların sərt qayalıqlardan keçməsi, eyni zamanda yükümüzün ağırlığı bizi taqətdən salmışdı. Bələdçimiz rəhmətlik BƏHLUL kişi idi. Bir cərgəli hərəkət diqqətli olmağı tələb edirdi.

Artıq qabaqda yoldaşlar çayın qırağına çatmışdı. Birdən qranatamyotun partlaması, sonra isə "vaaay, öldüm!" qışqırtısı bizdə belə bir təsəvvür yaratdı ki, yəqin pusquya düşdük. Hətta təşviş o həddə catdı ku, hərbi hissəmizin qərargah rəisinin köməkçisi olan rəhmətlik Mehdi ucadan hamını təmkinli olmağa çagırdı. Sən demə silahı hazır vəziyyətdə saxlayan bu qardaş yıxılır, bunun da zərbindən atəş açılır. Arxada hərəkət edən və xəsarət alan qardaşımızın biri XASAY olub. İkinçi hələ ki, məlum deyil. Onları geriyə - Pircahana göndərdik, özümüz isə SOYUQBULAQ tərəfə hərəkət etdik...

 

"YORULAN ƏSGƏRLƏRƏ SÜLEYMAN ƏHMƏDOVUN ÖZÜ KÖMƏK EDİRDİ"

 

Bir yandan sərt yoxuşlar, başqa bir yandan da götürdüyümüz yükün ağırlığı olduqca çətin idi. Rəhmətlik Süleyman Əhmədov yorulub taqətdən düşən əsgərlərə kömək edərək möhkəm olmaları ücün ürək-dirək verirdi.

 

Nəhayət sübh tezdən SOYUQBULAQ kəndinə catdıq. Kəndin içindən kecib meşəliyə çatanda hava işıqlaşmışdı. Çox cəkmədi ki, Laçın polisləri də gəlib bizim bərabərimizə çatdılar.

 

""DAĞIN BAŞINA GEDİB, QAYIDIRAM" DEMİŞDİ, ANCAQ QAYITMADI"

 

... Beləliklə, HOÇAZ dağına tərəf irəliləməyə başladıq. Maraqlı idi ki, qarşı tərəfdə olan hündürlükdə ermənilər səngər qurmamışdılar.. Polislər sağ tərəfdən, biz isə sol tərəfdən hündürlüyə dırmanmağa başladıq. Ermənilər hücumu hiss etdiklərindən bizi atəşə tutmağa başlamışdılar. İstər Laçın polisləri, istərsə də 713-cü hərbi hissənin döyüşçüləri düşmənə qarşı döyüşə qəhrəmancasına başladılar.

Bizim artilleriya çox sərrast atəş açırdı. Arxa hissə düşmən tərəfdən çox aydın göründüyündən düşmən artilleriyası bizi rahat vura bilirdi. Rəhmətlik BƏHMƏN UAZ-la Soyuqbulağa gəlib çıxmışdı. Döyüşlər isə davam edirdi. Rəhmətlik MƏMMƏD həmişə mənimlə bir yerdə olurdu. Ancaq özünəməxsus inadkarlığı var idi. Məmməd qəflətən ayağa qalxdı, "dağın başına gedib, qayıdıram" dedi. Nə qədər dedim, danışdım, əhəmiyyət vermədi. Bizdən aralanıb getdi. Əcəl aparırmış. Bir-iki saat çəkmədi. Xəbər gəldi ki, MƏMMƏDİ vurdular. Mən çatanda rəhmətliyi artıq aşağı gətirmişdilər. Snayperlə başından vurmuşdular...

 

"ELƏ BİLDİK Kİ, UAZ-I TANK VURDU"

 

Birinçi gün bir polis kapitanı ayağından, Bəhlul kişi də gözündən yaralandı. Bəhmən UAZ- la Bəhlul kişini aparmağa gəldi. Ermənilərin yolda basdırdıqları mina gözdən yayınıbmış. Və bu da bizim üçün bir façiəyə yol açdı. Bəhlul kişi Məmmədi aparan BƏHMƏNƏ geri dönüb, yaralı polisi də aparmağı tapşırdı. Dəhşətli partlayışda elə bildik ki, UAZ-ı tank vurdu...

(ardı var)

 

İGİD TEYMURLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür