Azərbaycan idmançıları İlham Əliyevi seçirlər - VİDEO

18:06 09-04-2018 | icon 640 | Gündəm
Azərbaycan idmançıları İlham Əliyevi seçirlər - VİDEO

Azərbaycan idmançıları 11 apreldə keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək üçün elan olunan marafona qoşulublar.

 

Versus.az Report-a istinadən xəbər verir ki, marafonu peşəkar kikboksinq üzrə dünya çempionu Zabit Səmədov başlayıb və digər idmançıları estafeti davam etdirməyə çağırıb.

Ötən həftə ərzində estafeti sərbəst güləş üzrə Avropa və üç qat dünya çempionu Hacı Əliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov, taekvondo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Ramin Əzizov, karate üzrə beş qat dünya və 10 qat Avropa çempionu Rafael Ağayev, futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışov, Azərbaycan voleybol millisində çıxış etmiş Valeriya Məmmədova, boks üzrə Avropa çempionu, dünya çempionatının və 2012-ci il London Yay Olimpiya Oyunlarının mükafatçısı Teymur Məmmədov, peşəkar boks üzrə dünya çempionu Pərviz Abdullayev, həmçinin, pauerliftinq üzrə dünya və Avropa çempionları Vüqar Namazov, Ramil Əhməd və Hafiz Verdiyev estafeti davam etdiriblər.

Cüdo üzrə Azərbaycan milli komandası isə estafeti tam heyətlə qəbul edib.

Marafona veteran idmançılardan da qoşulanlar olub. Azərbaycanı müstəqil ölkə kimi ilk Olimpiya Oyunlarında təmsil etmiş ağırlıqqaldıran, dünya və Avropa çempionatlarının mükafatçısı Asif Məlikov seçkilərdə İlham Əliyevə dəstək videosunu yayıb.

Çəkilişə videodəstəyi “Report” İnformasiya Agentliyi göstərib.

 

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol