Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

13:41 12-10-2019 | icon 455 | Hadisə
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Daxili İşlər Nazirliyindən Versus.Az-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Heydərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

 

Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi şəxs də müəyyən edilib.

 

E.Heydərova narkotik vasitəni satmaqda şübhəli bilinən Binə qəsəbə sakini E.Nurəliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 250 qramdan artıq heroin, 176 qrama yaxın tiryək və 50 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI