Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub

14:22 12-10-2019 | icon 571 | İqtisadiyyat
Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Versus.Az-a verilən məlumata görə, qurumun sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə danışıb.

 

O, bildirib ki, coğrafı mövqeyinə rəğmən beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi təkcə iştirakçı ölkələrin deyil, eləcə də digər region ölkələrinin inkişafında əhəmiyyətli rol oynayacaq, ölkələrimizin iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.

 

Görüşdə Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində, infrasrtuktur layihələrinin icrasında iştirak etməyə maraqlıyıq.

 

Müzakirələr zamanı ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı