Qubada “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib

13:34 14-10-2019 | icon 375 | Mədəniyyət
Qubada “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib

Oktyabrın 12-də Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib. 2012-ci ildən etibarən keçirilən “Alma bayramı” şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub.

 

Versus.Az xəbər verir ki, bayram tədbirinə Milli Məclisin deputatları, bir sıra nazirliklərin, dövlət agentliklərinin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, elm və mədəniyyət xadimləri qatılıb.

 

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev artıq altıncı dəfədir təşkil olunan “Alma bayramı”nın əhəmiyyətindən danışıb. Bildirilib ki, Quba rayonu hələ keçmiş sovet dövründən meyvə bağları ilə tanınıb. Bu gün də dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda kənd təsərrüfatının bütün istiqamətlərində, o cümlədən meyvəçilikdə dinamik inkişaf var. Sahibkarlar və təsərrüfatçılar üçün yaradılan şərait Qubada yeni salınan meyvə bağlarının sahəsinin gündən-günə genişlənməsinə səbəb olub. Hazırda Quba rayonunda ümumilikdə 17 min hektardan çox meyvə bağı mövcuddur. Bunun 13 min hektardan çoxunu alma bağları təşkil edir. Hər il rayonun alma bağlarından 100 min tondan çox alma toplanılır. Rayonda meyvəçiliyin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində məhz onun təşəbbüsü və qayğısı nəticəsində Qubada 10 min hektara yaxın yüksək məhsuldar alma bağları salınıb ki, bu gün həmin bağlar əhalinin əsas gəlir mənbəyini təşkil edir. Bu gün də Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə, təsərrüfatçılara, sahibkarlara və fermerlərə hərtərəfli yardım, diqqət və qayğı göstərilir.

 

Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etdiyini, ölkəmizdə bütün sahələrdə islahatlar aparıldığını qeyd edib. Bildirilib ki, Quba rayonunda keçirilən “Alma bayramı” ölkəmizdə hökm sürən siyasi sabitliyin daha bir göstəricisidir. “Ölkəmizin hər yerində olduğu kimi, Qubada da əhalinin rifahının daha da yüksəlməsi üçün xeyli işlər görülür. Son bir ildə dövlət başçısının Qubaya iki dəfə səfər etməsi, bu rayonla bağlı bir sıra sərəncamlar imzalaması rayona olan diqqət və qayğının göstəricisidir. Azərbaycanda stabilliyin qorunub saxlanılmasında Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın çox böyük xidmətləri var. Stabillik olmasaydı bu cür bayramları da keçirə bilməzdik”, - deyə Vahid Əhmədov söyləyib.

 

Tədbirdə bildirilib ki, ölkəmizdə alma istehsalının təşviqi, almanın ixrac potensialının artırılması, Azərbaycanda alma istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılması baxımından “Alma bayramı”nın təşkili mühüm əhəmiyyət kəsb edir. Bu gün respublika üzrə ümumi alma bağları əkinlərinin 71,6 faizi, o cümlədən məhsul istehsalının da 71 faizi Quba-Xaçmaz iqtisadi rayonlarının payına düşür. Ən çox alma istehsal edən rayonların siyahısında Quba rayonu ilk pillədə qərarlaşıb. Ötən il Qubada 115,8 min ton alma istehsal edilib. Qubalı fermerlər bu sortları günümüzə qədər qoruyub saxlamaqla bu gün keçirilən festivala ev sahibliyi etməyə mənəvi haqq əldə ediblər.

 

Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

 

Çıxışlardan sonra Heydər Əliyev prospekti boyunca şimal bölgəsində yaşayan azsaylı xalqların nümayəndələrinin, folklor qrupların, idmançıların, müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş keçirilib.

 

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.

 

Tədbirə qatılan qonaqlar mərasimdə təqdim olunan kompozisiya və stendləri maraqla izləyib, almadan hazırlanan müxtəlif təamları dadıblar.

Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti təqdim olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin