ALDP sədri avropalı diplomatla görüşüb

14:19 14-10-2019 | icon 486 | Siyasət
ALDP sədri avropalı diplomatla görüşüb

Görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskasla görüşüb.


ALDP-nin Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

Fuad Əliyev Azərbaycan Xalq Hərəkatına (AXH) qarşı olan təzyiqlər, AXH-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvlərinin keçirilən piket zamanı həbsləri, ofisdan çıxarılması, həmçinin insan haqları, siyasi məhbuslar, müxalif fikirli vətəndaşlara təzyiqlərlə bağlı cənab Səfir Yankauskası məlumatlandırıb. 


Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyat, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, Dünya Ticarət Təşkilatına üzvlük məsələləri müzakirə olunub.



Tərəflər bu görüşlərin davamlı olması ilə bağlı razılığa gəliblər.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol