"Bu, Türk Şurası ilə Avropa İttifaqı arasında əlaqələrin möhkəmlənməsi üçün imkanlar açacaq”

15:28 14-10-2019 | icon 267 | Siyasət
"Bu, Türk Şurası ilə Avropa İttifaqı arasında əlaqələrin möhkəmlənməsi üçün imkanlar açacaq”

Türk Şurası ölkələrinin Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin görüşünün yekununda təşkilatın tam fəaliyyətini təmin edəcək sənədlər imzalanıb.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında deyib.

 

O bildirib ki, iclasın əhəmiyyəti Özbəkistanın təşkilata üzvlüyündə ifadə olunub.

Nazir müavininin sözlərinə görə, bu cür görüşlər təşkilat çərçivəsində əməkdaşlığın daha da güclənməsinə xidmət edir.

 

O əlavə edib ki, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi vacib məsələdir:

 

“Türk Şurasının Macarıstanda nümayəndəliyinin açılması mühüm hadisədir. Ümid edirəm ki, bu, Türk Şurası ilə Avropa İttifaqı arasında əlaqələrin möhkəmlənməsi üçün imkanlar açacaq”.

 

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

 

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı