Övladlığa götürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək

15:44 14-10-2019 | icon 286 | Cəmiyyət
Övladlığa götürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək

Övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron alt sistemi üzərindən qəbul ediləcək.

 

Versus.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

 

Onun sözlərinə görə, noyabrın 1-dən övladlığa götürmə sahəsində fəaliyyətin istiqamətləndirilməsi, müraciətlərin qəbul edilməsi və müvafiq bazanın formalaşdırılması üçün elektron sistem istifadəyə veriləcək.

 

Hazırda övladlığa götürmə ilə bağlı aktiv işlərin aparıldığını deyən S.Babayev əlavə edib ki, artıq məsələ ilə bağlı dəyişikliklər Milli Məclisə təqdim olunub. Yaxın günlərdə həmin dəyişikliklərin plenar iclaslarda qəbul edilməsi gözlənilir.

 

Nazir bildirib ki, övladlığa verilmə üçün qiymətləndirmə çox qısa müddətdə aparılmayacaq, bu, 6 aya qədər davam edən prosedur olacaq:

"Növbəti proses ailə ilə uşağın tanışlığı, onların neytral ərazidə görüşlərinin təşkili, ünsiyyətlərinə nəzarət edilməsi, uşağın əvvəlcə qısa müddətə, daha sonra daimi şəkildə ailəyə verilməsidir. Burada əsas maraq uşağın hüquqlarının qorunmasıdır. Əsas şərt övladlığa verilən uşağın psixoloji ehtiyaclarından irəli gələrək düzgün ailənin seçilməsidir. O ailənin həm maddi, həm də sosial baxımdan övladı yetişdirə bilmək qabiliyyətinin olmasını düzgün qiymətləndirmək lazımdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI