“Bu seçki prosesi bizim media üçün nə qədər xeyirli oldu?” - MÜSAHİBƏ

12:16 10-04-2018 | icon 894 | KİV
“Bu seçki prosesi bizim media üçün nə qədər xeyirli oldu?” - MÜSAHİBƏ

 

“Onun seçkiqabağı önəmli rolundan, yaxud hər hansı öhdəliyindən danışmaq mümkün deyil”

 

Media eksperti Zeynal Məmmədlinin Versus.az-a müsahibəsi

 

- Zeynal müəllim, Azərbaycan mediası prezident seçkisi ərəfəsində özünü nə dərəcədə ifadə edə bildi?

 

- Media seçkiyə o vaxt maraq göstərəcək ki, müstəqil fəaliyyətini təmin edəcək pullar qazana bilsin. Hazırki vəziyyətdə seçkiyə yalnız  partiya mediasının, rəsmi medianın, hökumətə yaxın, yaxud müxalifət mediasının xüsusi siyasi marağı ola bilir.

Ümumiyyətlə, bu prosesdə qəribə bir mənzərə müşahidə olunur. Yəni müxalifətin elə bir media bazası yoxdur,  iqtidarın isə hakimiyyətə yaxın medianın güclü bazası var. Lakin iqtidarın da seçkidə elə bir güclü rəqibi olmadığına görə dinamika yaranmır. Üstəlik də medianın özünün pülüralizmə həvəsi olmadığından onun seçkiqabağı önəmli rolundan,  yaxud hər hansı öhdəliyndən danışmaq mümkün deyil. Gəlin seçki prosesi qurtarandan sonra araşdıraq görək, bizim media bu seçki prosesindən nə qədər qazandı. Rəqəmlər ortaya çıxandan sonra görəcəyik ki, həm ictimai rəyi formalaşdırmaq, öz auditoriyasını artırmaq, həm də siyasi reklam pulları qazanmaq baxımından bu seçki prosesinin bizim media üçün heç də xeyirli olmadı.

 

- Qeydə alınan prezidentliyə namizədlərin İctimai Televiziyada ödənişsiz əsaslarla sakit, rəvan şəkildə təşviqatı aparıldı. Bunu nəzərə almasaq, digər media oranlarımız bu prosesdə nə dərəcədə aktiv görünə bildi?

 

- İctimai Televiziya belə bir məsuliyyəti öz üzərinə götürmüşdüsə  seçki ilə bağlı həqiqi bir polemika aparılmalı idi. Mən müəyyən məhdudyyətlərin olduğunu anlayıram. Amma ən azından televiziyaların özü auditoriya cəlb etmək üçün maraqlı disskusiyaların aparılmasına çalışmalı idi. Namizədlərlə bağlı olan o görüşləri heç olmasa diskusiyaya uyğun hazırlamalı idi. Diskussiyadakı mövzular “bu dəfə mövzu xarici siyasətlə bağlı olacaq” formasında qoyulmamal idi.  Məsələn, “əvvəlki prezident filan şəraitdə, filan situasiyada belə davranmışdı, bu situasiyada sizin ondan fərqli hansı davranışınız ola bilər” kimi suallarla  moderator diskussiyanı daha maraqlı edə bilərdi. Amma çox təəssüf ki, buna cəhd edilmədi. Bu da nəticə etibarilə seçki prosesinə onsuz da olmayan marağı bir az da səngitdi. Eyni zamanda Ödənişli əsaslrla təbliğat aparan medialar sanki candərdi işləyirdi. Sanki buna “bircə bunu başdan edə biləydim, tez qurtaraydı” fikri ilə yanaşırdılar. Halbu ki, moderator seçkidən bir fürsət kimi istifadə edib, bütün enerjisini, yaradıcılığını potensialını ortaya qoymalı idi. Bu media üçün çox ciddi faktordir. Burda ən azı moderatorun özünü göstərmə imkanı olur. Görünür buna ehtiyac yoxdur. Əksinə, televiziyada seçki ilə bağlı olduğundan daha sakit, daha ümidsiz bir verilişlər hazırlandı. Burda peşəkarlıqdan yox, peşəkarlığa zərbədən söhbət gedə bilər.

 

- Medianın seçkidəki rolu cəmiyyətdə hansı mənzərəni doğurdu?

 

- Bu proses cəmiyyətin biganələşməsində medianın rolunu artırır. Media əksinə “stəkanda firtına” törətməklə özünə nüfuz, pullar qazanmaq, tanınraq gələck seçkilər üçün özünü formalaşdırmaq əvəzinə, seçkidə bir az da səngidici, passivləşdirici rol oynayır.

Eyni zamanda media o zaman özünə nüfuz qazana bilər ki, auditoriya ona inanır, fikir medianın əsas kapitalı auditoriyasının ona inanmasıdır. Daim doğru xəbərlər verir, fikir pülüralizmi yaradır. Hər hansı tərəfdə dayanıb qərəzli məlumatlr vermir. Hər kəs üçün açıq olmaqla, auditoriyaya belə bir mesaj verir ki, mən sizi məlumatlandırıram və bunu qərar verməniz üçün sizin ixtiyarınıza verirəm. Məsələn, kəndli üçün fürsət yetişdirdiyi məhsulu bazarda satıb əldə etdiyi qazancıdır. Media isə bu seçkilərdə əməyini bazara çıxarıb sevinə bilmir.

 

- Media ilə bağlı ümumi mənzərəyə etdiyiniz bu yanaşmaya istnad etsək, bizim  media xaraktercə nədir?

- İndi 3 cür media öndədir:  sosial media, press-media və televiziyalr.

Çox təəssüf ki, bu gün sosial medialar kimi qeyri-peşəkar alternativ məlumat qaynaqları önə keçir. Alternativ məlumat qaynağı önə keçirsə, deməli o, auditoriya üçün qeyri-dəqiq, kiminsə ideologiyasını, şıltaqlığını yayacaq və yaxud ən yaxşı halda əyləndirəcək.

Press-media, ya “Bulvar mediası”, yaxud da “maqazin mediası” həddinə gəlib çıxıb. Televiziyalarımız - istər büdcədən maliyyələşən, istərsə də özəl televiziyalar olsun  reklam gəlirləri, maliyyə qaynaqları, verlişlərin sponsorları ilə bağlı , eləcə da bu gün niyə bu fürsətdən istifadə edib aktivləşə bilməməyi ilə bağlı çoxlu sualların əhatəsindədir.

Cəmiyyətin maraqları ilə yaşayan, ictimai fikri formalaşdıran ciddi mediaya tələb var. Televiziyalar hansı mövzuları əhatə edir, olan verilişlər belə nə dərəcədə dolğun pülüralist şəkildə cəmiyyəti əks etdirir və aktivdir” suallarını araşdırsaq  mövcud problemləri açıq şəildə ortaya qoya bilər. Bizim mediada televiziyalarda özünü qoruma instinkti, peşəkarlıqdan qorxmaq var. Televiziyalarda peşəkarlığı bir yük kimi çiynindən atıb yola vermək var.

 

- Nə təklif edirsiniz?

 

- Bundan çıxış yolunu tapmaq üçün medianın biriyi, təşkilati birliklər, kapitanların birliyi lazımdır.

- Zatən media qurumlarımız var.

- Deyə bilərsiniz ki, artıq belə birliklər var. Mən hesb edirəm ki, bunlar real birliklər deyil. Mediada birliklərin adını nə istəsəniz qoya bilərsiz. Adımı “mars” qoya bilərəm, amma mən marsdan çox uzağam. Söhbət mediada adla-dadın üst-üstə düşməsindən gedir.

 

- Necə hesab edirsiniz, cəmiyətdə vasitəçi rolunda çıxış edən, əlaqələndirici və formalaşdırıcı xasisəyə malik olan media  hansı pillədə dayanır?

 

- Media sadə insanlardan çox uzaq düşüb. Medianın onların həyatında hansı rolu oynayacağı haqqında onların təsəvvürləri yoxdur. Orta statistik azərbaycanlının həyatında media rol oynamayacaq dərəcədədir. Yəni ona media lazım deyil. O, bu media ilə heç çbir problemini həll edə bilməz, bu halda bu media onun nəyinə lazımdır. Ona görə də məsələ “biz bu durumu necə dəyişə bilərik” sualı ətrafında çözülməlidir. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq medianın sadə insanlarda necə inam yarada bilməsini araşdırmaq lazımdır. Əslində bu gün bütün dünyada kommersiallaşma tərəfə doğru böyük dalğalanma var. Azərbaycan mediasında yaxşı dövr olmayıb deyə, bu sosial şəbəkələr də olan qalanını dağıdır.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı