Millət vəkili gəncləri Milli Qəhrəmanımızdan örnək almağa çağırıb

13:21 10-04-2018 | icon 3522 | Qarabağ
Millət vəkili gəncləri Milli Qəhrəmanımızdan örnək almağa çağırıb

Şəhid Samid İmanovun xatirəsi anılıb

 

Neftçalanın Həsənabad kəndində Aprel döyüşləri, Aprel zəfərinin qəhrəman şəhidlərindən Milli Qəhrəmanımız Samid İmanovun anım tədbiri keçirilib.

 

Versus.az-ın məlumatına görə, Neftçala rayon icra hakimiyyəti başçısı İ.Vəliyev, yerli bələdiyyə nümayəndələri, rayon ziyalıları, Milli Qəhrəman Samid İmanovun təhsil aldığı məktəbin və rayonun digər məktəblərinin nümayəndələrinin və məktəblilərinin, qazilərin, Milli Qəhrəman Samid İmanovun döyüş yoldaşlarının iştirak etdiyi anım tədbirində millət vəkili Qənirə Paşayeva çıxış edib:

 

“Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm. Aprel zəfəri ölkəmiz üçün böyük önəm daşıyır. Bu döyüş düşmənə böyük zərbə oldu. Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik”.

 

Millət vəkili qəhrəman şəhidimiz, Milli Qəhrəmanımız Samid İmanovun vətənpərvərliyi barədə geniş danışıb və gəncləri məhz belə qəhrəman oğullardan örnək götürməyə çağırıb. O, Ali Baş Komandanın Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayırıb.

 

“Böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq” Q.Paşayeva çıxışında hər kəsin, o cümlədən şəhid ailələrinin Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminlik ifadə edib:

 

“O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”.

 

Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili şəhidimizin ata-anasına müraciətlə hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib.

 

Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Eyni zamanda, Samid İmanov kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağı tövsiyyə edib:

 

“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz. Ölkəmizin daha da inkişafı istiqamətində siz gənclərin də üzərinə düşən vəzifələr var”.

 

Tədbirdə “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı da geniş çıxış edərək qəhrəman şəhidlərimizdən, onların həyat yolundan, qəhrəmanlıqlarından geniş danışıblar.

 

Bir sıra QHT rəhbərləri, qazilərimiz, qəhrəman şəhidimizin təhsil aldığı məktəbin nümayəndələri, müəllimləri də çıxış edərək Milli Qəhrəmanımız Samid İmanovun qəhrəmanlıqlarından söz açıblar. Məktəbin şagirdləri vətənpərvərlik ruhunda çıxışlar edib, şeirləri söyləyib, mahnılar oxuyublar.

 

Sonra tədbir iştirakçıları Milli Qəhrəmanımız Samid İmanovun məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar.

 

Millət vəkili Q.Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bagirova, “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı Milli Qəhrəmanımız Samid İmanovun  ailəsini də ziyarət ediblər, onlarla geniş söhbət ediblər, qayğıları ilə maraqlanıblar, “şəhid ailələri başımızın tacıdır, sizin kimi ata-anaların qarşısında baş əyirik, dövlətimiz,  millətimiz və hər bir azərbaycanlı hər zaman yanınızdadır” deyiblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı