Azərbaycan üçüncü medalı qazandı

07:23 15-10-2019 | icon 422 | İdman
Azərbaycan üçüncü medalı qazandı

Dünən Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışa start verilib.

 

Versus.Az xəbər verir ki, Kənan Əliyev (-90 kq) qrupda gürcü Dato Marsaqişvili (0:3), portuqaliyalı Rafael Da Silva (0:3) və pakistanlı Məhəmməd İnama (1:3) məğlub olaraq mübarizəni dayandırıb.  

Güləşçimizin təsəllisi türk Murat Özkan (3:0) üzərində qazandığı qələbə olub.

 

Ancaq Pənah İlyaslı (-70 kq) startda gürcü Levan Kelexsaşviliyə (0:1) uduzsa da, braziliyalı Viktor dos Santos (4:1), ukraynalı Semyon Radulov (1:0) və qətərli Abdulrəhman İbrahimə (3:0) qalib gələrək yarımfinala yüksəlib.  

 

Rumıniyalı Stefan Yonuts Komanı da 3:0 hesabıyla üstələyən həmyerlimiz adını finala yazdırıb. Güləşçimiz finalda yenidən Kelexsaşviliylə qarşılaşıb. Bu dəfə də rəqibinə eyni hesabla uduzan Pənah gümüş medala sahib çıxıb. 

 

Qeyd edək ki, oktyabrın 15-də İbrahim Yusubov (-80 kq) və Oyan Nəzəriani (+90 kq) qüvvəsini sınayacaq. 

 

Bununla da Dünya Çimərlik Oyunlarında medallarımızın sayı üçə çatıb. Daha əvvəl iki akvatlon idmanı üzrə yarışmış Kseniya Levkovskaya gümüş, Rostislav Pevtsov bürünc medal qazanmışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi