"Bu əlaqələr Xəzər hövzəsində dostluq mühitinin möhkəmlənməsinə xidmət edir"

09:28 15-10-2019 | icon 858 | İqtisadiyyat
"Bu əlaqələr Xəzər hövzəsində dostluq mühitinin möhkəmlənməsinə xidmət edir"

Son 28 ildə Azərbaycan - Türkmənistan əlaqələri, qarşılıqlı dostluğa və səmərəli əməkdaşlığa əsaslanan münasibətləri yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələr arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinin yüksək səviyyəyə qaldırılması xalqlarımızın tarixi dostluğa sədaqətindən və dövlətlərimizin qarşılıqlı-faydalı əməkdaşlığından xəbər verir. Ötən il hər iki ölkə rəhbərlərinin görüşü, aparılan müzakirələr, imzalanan mühüm sənədlər iki dövlətin gələcək münasibətlərinin yeni inkişaf yoluna çıxdığını bir daha sübut edib.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Naqif Həmzəyev deyib.

 

Deputatın sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, regionda və bütöv Avrasiyada Şərq–Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafında mühüm əhəmiyyət kəsb edir:

 

"Belə ki, Azərbaycanla Türkmənistan arasındakı dostluq əlaqələri Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün birbaşa əhəmiyyət daşıyır. Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsi ilə Türkmənistandan və Azərbaycandan keçir. Ölkələr arasındakı dostluq münasibətləri sözügedən marşrutu istifadə edən region ölkələrinin yüklərinin rahatlıqla dünya bazarına ixrac edilməsinə, eləcə də idxal mallarının ən qısa müddətdə və ən ucuz yolla daşınmasına imkan yaradır. Bu isə ölkələrin iqtisadiyyatına və əhalinin rifahına birbaşa təsir edən amil kimi özünü göstərir. İki ölkə arasındakı dostluq münasibətləri, eləcə də bütövlükdə Xəzər hövzəsində dostluq, qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə öz töhfəsini verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Türkmənistana işgüzar səfəri zamanı Prezident Qurbanqulu Berdiməhəmmədovla rəsmi görüşü də Azərbaycanla Türkmənistan dövlətləri və xalqları arasında əlaqələrin, əməkdaşlığın yeni mərhələlərini, üfüqlərini müəyyən edəcək". /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin