Kaliforniyada keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan təmsil olunub

12:24 15-10-2019 | icon 414 | Mədəniyyət
Kaliforniyada keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan təmsil olunub

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhərində oktyabrın 12-13-də keçirilən “Irvine Global Village Festival” adlı beynəlxalq mədəniyyət festivalında Azərbaycan geniş təmsil olunub.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Versus.Az xəbər verir ki, Kaliforniyanın ən böyük beynəlxalq mədəniyyət sərgilərindən olan sözügedən festivalda 50-dən çox ölkə iştirak edib.

 

Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulmuş Azərbaycan stendində müxtəlif bannerlər, broşürlər, kitab və jurnallar vasitəsilə sərgi iştirakçılarına ölkəmiz haqqında geniş məlumat verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, əsrarəngiz təbiəti, memarlıq abidələri, qədim tarixi, zəngin mədəniyyəti, mətbəxi, musiqisi, həmçinin turizm imkanları barədə ətraflı məlumat əldə ediblər. Bundan başqa, milli geyimlərimiz, rəqslərimiz və mətbəximizdən nümunələr festival ziyarətçilərində xüsusi maraq oyadıb.

 

Festival iştirakçılarının Azərbaycan və onun mədəniyyəti ilə bağlı çoxsaylı sualları icma fəalları və Baş Konsulluğun əməkdaşları tərəfindən cavablandırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı