Fuad Əliyev Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

14:42 15-10-2019 | icon 461 | Siyasət
Fuad Əliyev Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri, AXH QHTK-nin sədr müavini Fuad Əliyevin oktyabrın 15-də Avropa İttifaqının (Aİ) nümayəndəsi ilə görüşü olub. 

 

Bu barədə Versus.Az-a ALDP mətbuat xidmətindən məlumat verilib.  

 

Versus.Az xəbər verir ki, F.Əliyevin Aİ nümayəndəsi ilə görüşündə, AXH nümyəndələrinə qarşı mitinqdə baş verən təzyiqlərlə yanaşı,  AXH QHTK-nin sədri İsgəndər Həmidovun müalicəsi və qayıdışı, eləcə də Azərbaycanda ictimai-siyasi vəziyyət, müxalifət və iqtidar münasibətləri, regional məsələlər, Türkiyə ordusunun Suriyada keçirdiyi hərbi əməliyyatlar, Azərbaycanın Avropa İttifaqı ilə sazişin ertələnməsi məsələləri müzakirə olunub.

ALDP sədri həmin görüşdə ötən həftə Milli Şuranın keçirdiyi icazəli etiraz aksiyasında iştirakları zamanı AXH QHTK-nin müavinlərindən olan A.Şakiroğlu və ANtv-nin baş redaktoru Aslan bəyin, eləcə də özünün saxlanılması ilə bağlı məsələləri qeyd edib.  

Qeyd edək ki, ALDP sədri beynəlxalq təşkilatların Azərbaycanla bağlı məsələlərə dırnaqarası yanaşmasını nəzərə alan bəzi ictimaiyyət nümayəndələrinin, siyasilərin belə görüşlərdə problemlər qaldırmasının nəticəsi olmayan hal kimi qiymətləndirilməsini doğru hesab etməyib.

F.Əliyev məsələyə fərqli rakusdan yanaşdığını ifadə edib.  O, bildirib ki, Avropa təşkilatları insan hüquqları məsələsində hər zaman müxlifətə dəstək verməyə çalışırlar və belə görüşlərdən sonra AXH-nin mitinqə hazırlıq işində təşkilata dəstək verilib.  

 

F.Əliyev eləcə də görüşdə Avropa İttifaqı ilə sazişin gecikməsi və Azərbaycanın Dünya Ticarət Palatasına üzv olmağının istənilməməsi məsələsi də müzakirə olunub. 

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin