BANM tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər

16:27 15-10-2019 | icon 449 | Təhsil
BANM tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Kanadanın Kalqari şəhərində Qlobal Neft-Qaz Mühəndisliyi Cəmiyyətinin (“Society of Petroleum Engineering Global- SPE Global”) təşkilatçılığı ilə keçirilmiş beynəlxalq “Petrobowl” yarışının final mərhələsində iştirak edərək fərqləniblər.

 

Neft-qaz mühəndisliyi ixtisasının tələbələri olan Əli Nurəliyev (bakalavr, V kurs), Nihad Abbasov (bakalavr, V kurs), İsmayıl Əkbərov (magistratura, I kurs), Məhəmməd Vəliyev (magistratura, II kurs) və Niyaz Əhmədzadə (magistratura, II kurs) yarışda Azərbaycanı yüksək səviyyədə təmsil edərək Bakı Ali Neft Məktəbinin adının dünyanın ən güclü 16 universiteti siyahısına daxil edilməsinə nail olublar.

 

Xatırladaq ki, BANM-in tələbələri bundan öncə yarışın final mərhələsinə vəsiqə qazanmaq üçün Xəzər regionu üzrə eyniadlı yarışda Rusiya və Qazaxıstanın bütün universitet tələbələrini məğlub edərək birinci yeri tutublar.

 

“PetroBowl” yarışı neft-qaz mühəndisliyi ixtisasının tələbələri üçün təşkil edilən beynəlxalq səviyyəli yarışmadır. Əsası 2002-ci ildən qoyulmuş yarış 2015-ci ildən etibarən qlobal səviyyədə təşkil edilməyə başlayıb. Qlobal Neft-Qaz Mühəndisliyi Cəmiyyətinin təşkil etdiyi yarışda dünyanın müxtəlif universitetlərindən olan Neft-qaz mühəndisliyi tələbələri iştirak edərək ixtisasla bağlı texniki və qeyri-texniki sənayə sahəsinə aid suallara cavab verərək öz bilik və bacarıqlarını yoxlayır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı