Məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir

16:45 15-10-2019 | icon 337 | Təhsil
Məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir

Fəaliyyəti uğurlu olan məktəblərin təlim-tərbiyəsi nəticəsində güclü intellektə, sağlam təfəkkürə, tərbiyəyə malik gənclər formalaşır. Biz buna sevinirik, amma bununla yanaşı biz müasir dövrün tələblərinə cavab verməyən, keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük.

 

Versus.Az xəbər verir ki, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

 

Onun sözlərinə görə, problemlərin həlli ilə bağlı məsələlərə köklü yanaşmağın yolları tapılmalıdır:

"Bu mənada direktorların qarşısında çox ciddi çağırışlar dayanır. Ola bilər ki, direktorlar bu il fəaliyyəti daha yaxşı təşkil edib uğurlu nəticələr əldə etsinlər, amma bu problemə sistemli yanaşılmadıqda nəticə səmərəli olmayacaq".

 

Məktəbəhazırlıq təhsil səviyyəsinin təhsilin çox əhəmiyyətli hissəsi sayan nazir müavini bildirib ki, məktəbəhazırlıq qruplarına gedən uşaqların onun gələcək məzunu olacağını nəzərə alaraq, 5 yaşlı uşaqla fəaliyyətin səmərəli təşkil olunması barədə düşünülməlidir:

"Əmin deyilik ki, ümumi və tam orta təhsil səviyyələrində dərs deyən müəllimlər məktəbəhazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşürlər. Onlar sanki bu prosesdən kənarda qalıblar. Halbuki məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir. Bu məsələ bütün kollektivin diqqətinə çatdırılmalıdır".

 

M.Vəliyeva qeyd edib ki, bu il ölkə üzrə 5 yaşlı uşaqların 84,62 faizi məktəbə hazırlıq təhsilinə cəlb olunub ki, bunu da kifayət qədər yaxşı göstərici saymaq olar. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI