"Valideynləri məktəblərə cəlb etmək çətinləşib"

16:50 15-10-2019 | icon 371 | Təhsil
"Valideynləri məktəblərə cəlb etmək çətinləşib"

Əvvəlki dövrlərlə müqayisədə valideynləri məktəblərə cəlb etmək çətinləşib.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

 

Bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyən M.Vəliyeva qeyd edib ki, valideynlər bəzən prioritetləri düzgün müəyyənləşdirə bilmirlər.

 

Nazir müavini hesab edir ki, valideynləri tədris prosesinə cəlb etməklə onların uşaqlarına olan münasibətini köklü şəkildə dəyişmək olar. O, bu mənada məktəblərdən yeni yanaşmalar və modellər gözlədiklərini nəzərə çatdırıb:

"Valideyni yalnız valideyn iclasına çağırmaqla iş bitmir. Yaxud da məktəbdə hər hansı bayram tədbiri keçirəndə "gəl, uşağının səhnədə necə çıxış etdiyinə bax" deyə çağırmaq lazım deyil. Bu gün valideynlər daha ciddi məsələlər üçün məktəbə gəlməlidir.

Onların diqqətinə müasir dövrün tələbləri çatdırılmalıdır. Bəzən biz valideynlərin övladlarının ixtisas seçimlərinə müdaxilə etdiyini görürük. Əgər valideyinlər müasir dövrün tələblərini, gələcəkdə əmək bazarının ehtiyaclarını bilsələr, sözsüz ki, onların təhsilə münasibətləri də dəyişəcək. Təəssüf ki, bu gün hələ də bəzi məktəblərin sinif otaqlarında elektron lövhənin sadəcə lövhə kimi istifadə olunduğunu görürük. Halbuki lövhə böyük imkanlar daşıyıcısıdır. Bu mənada bunu həm direktor bilməlidir, həm də valideynlərin diqqətinə çatdırmaq lazımdır. Bu gün valideynlər övladı evə gələndə "aç, gündəliyinə baxım, neçə qiymət almısan?" sualını verməməlidir.

Başa düşməlidir ki, qiymətdən vacib onun uşağının dərs zamanı yiyələndiyi bilik və bacarıqlardır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür