7 il 6 ay azadlıqdan məhrum edilə bilər

23:54 15-10-2019 | icon 468 | Hadisə
7 il 6 ay azadlıqdan məhrum edilə bilər

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə ittiham olunan 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Versus.Az xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

 

Dövlət ittihamçısı E.Yusifovun 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

 

İttihama görə, E.Yusifov tanışı Hüseyn Məmmədovdan 50 min manat alaraq vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyini vəd edib.

 

Bak Dövlət Universitetinin fəlsəfə müəllimi olan Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi tanınıb və təqsirləndirilənin azadlığa buraxılmasını istəyib.

 

E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”