"Bu neqativlər təkcə təhsili yox, dövləti də vurur"

00:22 16-10-2019 | icon 444 | Təhsil
"Bu neqativlər təkcə təhsili yox, dövləti də vurur"

Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir. Bir insan başqalarının yanında qaydaları pozursa, qarşısındakına "qaydalara əməl et" tələbini qoya bilməz.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini qeyd edib ki, neqativ halların olması təhsilə utanc gətirən vəziyyət yaradır:

 

"Bəlkə də bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olmasının əsas səbəblərindən biri bu neqativ hallardır. Bu barədə nə qədər danışmaq olar? İnsanlara daha necə mesaj vermək lazımdır? Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında da açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan bir neçə məktəb direktoru var. Bu neqativlər təkcə təhsili yox, dövləti də vurur. Çünki başqa sahələrdə işləyən və neqativ hallara yol verən şəxsləri də məktəb yetişdirir. Bu gün cəmiyyətdə korrupsiya hallarını görürüksə, burada təhsilin də günahı var. Dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə biruzə verir. Amma biz bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı